KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Türkiyə Cənubi Qafqazda hələ aktiv siyasət aparmayacaq

Türkiyə Cənubi Qafqazda hələ aktiv siyasət aparmayacaq

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
409 0

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTM) Yerevan konfransında və ardınca,Hindistan səfərində Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin nizamlanması prosesində və bir daha kompromisin vacibliyini qeyd etdi. Hazırda, danışıqlar müəyyən kanallarla Rusiya ilə aparılmaqdadır. Prezident İlham Əliyev Rusiyanın Sputnik telekompaniyasına verdiyi açıqlamada,Qarabağ münaqişəsinin həllini və ətraf rayonları boşaltmaq şərti ilə Qarabağa muxtar respublika verilməsini kimpromis kimi,Putinin kompromis çağırışına diplomatik cavab vermiş oldu.Bundan artıq, kompromis isə Azərbaycanın dövlətçilik əleyhinə və ərazi bütövlüyünə zidd olan məqamlar ola bilər.Artıq,ərazi bütövlüyü çərçivəsində,Qarabağa ən yüksək səviyyədə muxtar respublika vədi,ermənilərə verilmiş ən unikal kompromisdi.Ermənistan isə şərt olaraq,Qarabağda referendum ideyasını irəli sürür və Rusiyada dolayı yolla Ermənistanın bu,şərtini dəstəkləyir.Putinin kompromis ideyasıda ermənilərin şərti ilə üst-üstə düşməkdədir.Buna görə münaqişənin həlli uzanmaqdadır.Hazırda,Rusiya Azərbaycanı qəfil hərbi əməliyyatlardan çəkindirmək üçün Ermənistana “İsgəndər-M”reaktiv- taktiki raketlər, ardınca uzaq vuran artilleriya sistemləri,hücum əmıliyyatları üçün yeni silahlar ötürməkdədir.ABŞ -da Ermənistana Azərbaycanın mövqelərini nəzarətdə saxlamaq üçün kəşfiyyat -müşahidə sistemləri veribdir.Minsk Qrupunun iki həmsədri,Azərbaycanı mümkün əməliyyatlardan yayındırmaq üçün çalışmaqdadırlar.Regionda geosiyasi proseslər dərinləşir,Ermənistanın işğalçı siyasəti və silahlanması,Qərbin Cənubi Qafqazda Qərbin enerji siyasəti təhlükəsizliyini və sabitliyi riskə atmaqdadır.
Türkiyənin və Rusiyanın Qarabağla bağlı danışıqları,sadəcə Rusiya tərəfindən bir siyasi gedişdir. Rusiya Türkiyəni Cənubi Qafqazda mühüm siyasi proseslərin həlində uzaq tutmaqdadır.Türkiyə,Suriya və İraqda ciddi problemlərlə üzləşib,orada hərbi əməliyyatlar aparmaqdadır.Bu,problemlərin içində Türkiyə Cənubi Qafqazda hələ fəal aktiv siyasət aparmayacaq.
Məhəmməd Əsədullazadə
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh analitik mərkəzində səd

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir