Güney Türkistan’da Yaşanan Son Hadiseler Üzerine

GKRY, Rusya ve İsrail

İran’da Yeni Siyasal Aktörler Ortaya Çıkabilir

Sarkisyanın “Amerika planı” və Bakıya zəng etmək oyunu

RUSİYA HƏRBİ BAZASI ERMƏNİSTANLA AZƏRBAYCAN ARASINDA SÜLH İSTƏMİR

Gündem 1 Ağustos 2018
18

Ermənistanda maraqlı fakt aşkarlayıblar. Sən demə Ermənistanda Azərbaycan və Türkiyə əleyhinə ən çox informasiya yayan yerli informasiya saytını Rusiyanın Gümrüdəki 102 nömrəli hərbi bazasının komandanlığı maliyyələşdirirmiş. Hərbi baza 2016-cı ildə erməni sayta 100 min rubl ayırıb. Bunun qarşılığında sayt Azərbaycan və Türkiyə əleyhinə təbliğat aparmalı idi. Bu faktın özü də göstərir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil, Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmən qalmasını istəyir. Ancaq Rusiyanın hərbi bazasının Azərbaycan əlehinə təbliğatı maliyyələşdirməsi nonsensdir. Demək, Rusiyanın Ermənistandakı hərbi bazasının belə bir “missiyası” da var imiş.

Ermənilərin özlərinin bu faktı aşkarlaması ondan xəbər verir ki, əslində Azərbaycan və Türkiyə ilə düşmən olmanın onlara bütün istiqamətlərdə baha başa gəldiyini anlayırlar. Elə bu günlərdə eks-prezident Levon Ter-Petrosyana bağlı partiyadan olan deputatın “biz Azərbaycan torpaqlarını işğal etmişik” ifadəsini işlətməsi də təsadüfi deyil. O bu etirafı Robert Köçəryan və Serj Sərkisyanın prezidentliyi dövründə işlətməkdən çəkinərdi. Görünür, baş nazir Nikol Paşinyanın apardığı siyasət Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının zərurətini anlayan azsaylı şəxsləri hərəkətə gətirib. Ancaq Rusiyanın əngəli yenə də hiss olunur. İşğalçı eks-prezident Robert Köçəryanın həbsinə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun timsalında “biz Ermənistanda baş verənlərdən narahatıq” kəlməsinin işlətməsi gözlənilən idi.
Elhan Şahinoğlu

Yorumlar