ABŞ-da, xüsusən Baydenin prezident seçilməsindən sonra, LGBT fərdləri ilə bağlı məsələlər yenidən gündəmə gəlməyə başladı. Baydenin ilk addımlarından biri də Tramp dövründən qalan bəzi qərarların dəyişdirilməsi oldu. Hansı ki, bu məsələlərdən sonra LGBT fərdləri Baydenin bu addımlarını təqdir etdiklərini açıqladılar. Baydenin atdığı ilk addımlardan biri də transseksualların hərbi xidmət qadağası idi. Ancaq Bayden bununla kifayətlənmədi. Bayden Administrasiyasının dövlət katibi Entoni Blinken, ABŞ konsulluqlarında və dünyadakı səfirliklərində LGBT “bayrağının” dalğalanmasına icazə verdi. ABŞ-da qrant fondları eyni zamanda LGBT haqları ilə əlaqədar layihələrin həcmini də artırmağa başladı. Dünyanın müxtəlif ölkələrində bu məqsədlə cinsi azlıqların özlərini ifadəsi üçün addımlar atmağa başladılar. Əlbəttə ki, bununla onların təməl məqsədi insan haqları deyil, xüsusi ilə mühafizəkar ölkələrin bu mövzudakı həssaslıqları olduğu halda öz yayılma siyasətlərini davam etdirməyin yollarından biri kimi də bu üsula da əl atırlar. Bu istiqamətdə araştırma mərkəzləri, anket şirkətləri və s. ilə mövzunu daima gündəmdə saxlamaq üçün müxtəlif addımlar atırlar. Misal üçün “Pew” araşdırma şirkəti mütəmadi olaraq bu mövzuda araşdırmalar edir. Son araşdırmaların birinin başlığını aşağıdakı kimi təqdim edib: “LGBT fərdlərinin dünya cəmiyyətlərində qəbul edilmə meyli artmağa davam etməkdədir”.
ABŞ-da yerləşən “Pew” araşdırma şirkətinin açıqladığı sorğunun nəticələrinə görə, dünyada getdikcə daha çox insan homoseksuallığın qəbul edilməli olduğunu düşünür. Bununla birlikdə, homoseksuallığın qəbulunda ümumi bir artım olsa da, nisbətlər ölkələrə görə demoqrafik quruluşa görə dəyişir. 2002 və 2020-ci illəri müqayisə edən araşdırmanın nəticələrinə görə, ABŞ-da homoseksual fərdlərin cəmiyyətə daxil olduğunu düşünənlərin nisbəti 2002-ci ildə yüzdə 51 ikən bu nisbət 2020-cu ildə 72 faizə yüksəldi. Cənubi Koreyada yüzdə 25-dən 44-ə, Yaponiyada 54-dən 68-ə, Cənubi Afrikada 33-dən 54-ə, Almaniyada 83-dən 86-ya, İngiltərədə isə yüzdə 74 -dən 86-ya yüksəldi. Rəqəmlərdən də görüldüyü kimi araşdırma şirkətinin iddiasına görə dünyadakı tendensiya ondan ibarətdir ki, artıq dünyada LGBT fərdlərinə qarşı münasibəti getdikcə loyallaşmaqdadır. Və bu kimi propaqandalar, əvvəllər daha çox marjinal, bəhsi keçən qrupun getdikcə olmasına şərait yaradan amillərdəndir.
Araşdırmada, fərdlərin siyasi meylləri ilə cinsi azlıqlara baxışları arasında bir paralellik olub-olmadığı da araşdırılmışdı. Araşdırmalar, ABŞ-ın iki fərqli siyasi cəbhəsi arasında belə dərin bir ideoloji uçurum olduğunu ortaya qoyur. Buna görə, ABŞ-da Demokratları dəstəkləyən seçicilərin 85 faizi homoseksualları dəstəkləsə də, Respublikaçılara səs verənlərin faiz dərəcəsi yüzdə 58-dir.
Araşdırma, eyni zamanda LGBT fərdlərinin daha az qəbul edildiyi cəmiyyətlərin də bəzilərininin adını araşdırmaya daxil edib. Belə ki, LGBT fərdlərinin ən az qəbul edildiyi ölkə 7 faizlə Nigeriyadır. İndoneziya və Tunisdə 9 faiz, Livanda 13 faiz, Rusiya, Ukrayna və Keniyada 14 faiz, Türkiyədə 25 faizdir. Azərbaycan bu araşdırmaya daxil edilməsə də, əminik ki, daxil edilmiş olsaydı cinsi azlığın ən az qəbul edildiyi ölkələr sırasında yer alacaqdı. Bunun bir çox səbəbi vardır. Coğrafiya, ölkə əhalisinin demoqrafik və sosiolojik quruluşu. Qafqaz regionunda LGBT fərdlərinə olan münasibətə gəlincə isə Gürcüstanda yaşanan son hadisələri örnək göstərmək olar. LGTB-nin bu dərəcədə cəmiyyətdə və hər sahədə geniş yer alması onu göstərir ki, artıq gələcəkdə yeni dönəmin siyasətinin azlıqlar üzərindən həyata keçirilməsinin daha cox şahidi olacağıq.
Ramiyə Məmmədova