KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Putinlə Ərdoğan niyə tez-tez görüşür?

Putinlə Ərdoğan niyə tez-tez görüşür?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
376 0

Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan 7-ci dəfə görüşəcək.

“Ölkə.Az” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Verilən məlumata görə, Rusiyanın Soçi şəhərində İran, Türkiyə və Rusiya arasında üçtərəfli Suriya müzakirələri keçiriləcək. Türkiyəni görüşdə prezident Ərdoğan təmsil edəcək. Bu, Ərdoğanın Putinlə 6-cı görüşü olacaq. Prezidentlərin görüşü 22 noyabr tarixinə planlaşdırılıb. İranı isə görüşdə prezident Ruhani təmsil edəcək.

Qeyd edək ki, 2017-ci il ərzində Ərdoğan Putinlə 6 dəfə görüşüb. Onlar arasında bu ilin 11 ayı ərzində 13 dəfə telefon danışığı olub. Bu isə iki ölkə tarixində rekord sayılır. Dünya mətbuatında vurğulanır ki, iki ölkə rəhbəri bu ilin son aylarında daha sıx münasibətdə olublar. Dünya siyasətçiləri məsələyə müxtəlif aspektdən yanaşırlar. Azərbaycanlı mütəxəssislər də iki ölkə rəhbərinin tez-tez görüşməsinə birmənalı yanaşmırlar. Politoloq Adıgözəl Məmmədov “Ölkə.Az”a açıqlamasında bildirib ki, Putinlə Ərdoğanın tez-tez görüşü əslində bir neçə səbəbdən baş tutur.

“Birinci məsələ iki ölkə rəhbərinin arasında fikir ayrılıqlarını olmasıdır. Hələlik Putin Ərdoğanla ümumi rəyə gələ bilmir. İranın dövlət başçısının da artıq bu müzakirəyə qoşulması Rusiyanın mövqeyini gücləndirəcək. Burada Bəşər Əsəd rejiminin reanimasiyasında söhbət gedir. Faktiki olaraq İŞİD-in sonuna çıxılıb. Bundan sonra Suriyanın gələcək taleyi müzakirə olunur. Etiraf etmək lazımdır ki, Suriyada əsas söz sahib Rusiyadır. Düzdür Suriyada PKK və YPG kimi kürd qruplaşmaları ABŞ tərəfindən çıxış edirlər. Onları da, başqa regionda olduğu kimi neytrallaşdırmaq çox asandır. Putin də, bu səbəbdən ümumi razılaşmaya can atır. O, çalışır ki, Ərdoğan Bəşər Əsədlə kontakta girsin. Ola bilsin ki, Əsədi keçid dövrü üçün saxlayırlar. Sonradan ölkə rəhbərliyinə başqası gətirilə bilər. Lakin hazırda Suriyada əsas Rusiyaya bağlı rejimin taleyi müzakirə olunur”, – deyə A.Məmmədov bildirib.

Ziya Səccad
Www.Ölkə.Az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir