KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Putinin barışıq təklifinin arxasındakı MƏQAMLAR

Putinin barışıq təklifinin arxasındakı MƏQAMLAR

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
328 0

Rusiya Yaponiyaya ilkin şərt qoymadan barışıq müqaviləsi təklif edib.

Vladimir Putin bu təklifi Vladivastok şəhərində keçirilən Şərq İqtisadi Forumunda səsləndirib. O, növbəti addımlarda sülh sazişinin əsasında Yaponiya ilə dost kimi bütün mübahisəli məsələlərin həllini də vəd edib. Bildirib ki, 70 il ərzində öhdəsindən gələ bilmədikləri bütün problemlərin həlli asanlaşdırılacaq. Bir sözlə Rusiyanın cəhdi ilə iki ölkə arasındakı münasibətlər yoluna qoyulacaq. Qeyd edək ki, Yaponiyanın bir neçə Kuril adasına ərazi iddiası sülh sazişinə maneə yaradır. Rəsmi Moskva dəfələrlə Rusiyanın öz əraziləri ilə ticarət etmədiyini və Kuril adalarının onun ərazisində qalacağını bildirib. 2016-cı ilin dekabr ayında Vladimir Putin və Sindzo Abe Cənubi Kurildə müştərək fəaliyyət və adaların keçmiş yaponiyalı sakinlərinin bu yerlərə buraxılması barədə razılığa gəliblər.

Maraqlıdır, Rusiya Yaponiya ilə hansı məqsədlə sülh sazişi bağlamaq istıəyir?

Məsələ ilə bağlı Qərb-Kaspi Universitetinin dekanı, politoloq Ramiyə Məmmədova Cebhe.info-ya şərhində maraqlı məqamlara toxunub. O, deyib ki, Vladimir Putin Kuril adası ilə bağlı məsələni düşünmədən birmənalı olmayaraq Yaponiya ilə sülh sazişinə qərar verdi: “Putinin dediyi sözlər belə oldu ki, bu qərar mənim ağlıma indi gəldi və sülh müqaviləsini indi imzalayaq. Kuril adası ilə bağlı məsələyə də sonra baxa bilərik. Tarixə nəzər salsaq görərik ki, II dünya müharibəsindən sonra 1956-cı ildə də SSRİ tərəfindən Yaponiyaya belə bir təklif gəlmişdi. Yəni iki dövlət arasında iki dövlət arasında sülh sazişi imzalansın. Kuril adası mövzusuna isə sonra baxılsın.

Yaponiya o dövrdə də razılıq verməmişdi. İndiyə qədər də məsələ açıq şəkildə qalmaqdadır. Kuril məsələsinə gəlincə, bu iki dövlət arasında uzunmüddətli bir problemdir. Bilirsiz ki, Kuril adasının bir hissəsi Rusiyaya, bir hissəsi isə Yaponiyaya düşür. Məhz bu məsələ ilə bağlı da uzun illərdir ki, mübahisələr davam edir. Lakin bu hələ də həll olunmamış qalır. Putinin növbəti bu qərarı Yaponiyanı yenidən pis vəziyyətdə qoyması ilə nəticələndi. Çünki Rusiya başqa ölkələrə olduğu kimi yenə də öz bildiyini etdi. Bir növ topu Yaponiyaya atdı”.

Politoloq qeyd edib ki, bir müddət sonra Yaponiyada seçkilər keçiriləcək ki, baş nazirin seçilməsi də gündəmdə olacaq: “Belə ki, bu gün Yaponiyanın baş naziri Putinin sülh qərarını qəbul etmiş olsa, bir növ özünün gələcək karyerasının üstünə xətt çəkmiş olacaq. Bir sözlə Rusiya hər zamanki kimi bu dəfə də öz maraqlarından çıxış edərək addım atdı. Eynən Tehran görüşündəki kimi… Putinin Tehran sazişi imzalanmadan qabaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da eyni şəkildə cavab verdiyini gördük. Ərdoğan təklif edəndə ki, İdlibdə olan atışma dayansın, yəni qan axıdılmasını qəbul etmir və bu qədər qaçqını öz ölkəsində sığındıra bilmir. Putin bir növ Ərdoğanı cavabı ilə yola verdi və bildirdi ki, biz öz adımızdan söz veririk ki, atışma dayandırılacaq. Lakin bölgədə terror qruplaşmalarının olduğunu nəzərə alaraq atəşin dayandırılacağına söz verməyib. Putinin Ərdoğana etdiyi hərəkət eynən Yaponiyaya qarşı da baş verdi.

Bir növ Putin bütün məsuliyyəti Yaponiya tərəfinə atmış oldu. Hansı ki, indiki dönəmdə Yaponiya sülh müqaviləsi bağlamağa hazır deyil. Daha doğrusu bunu istəmir. Buna baxmayaraq hazırda Yaponiya və Rusiya arasında müsbət mənada iqtisadi tərəfdaşlıq formalaşır. Yaponiyanın iş adamları Rusiyanın iqtisadiyyatına çox böyük sərmayələr yatırıblar. Bütün bunlara rəğmən siyasi məsələrə gəldikdə Putin bir növ Yaponiyanı pis vəziyyətdə qoymağa maraqlıdır. Təbii ki, bu məsələnin nəticələri konkret bəlli deyil. Hələ ki, dünya mətbuatı Yaponiyanın baş nazirinin Putinə olan cavabını gözləyir. Bundan sonra məsələnin nə yerdə olduğu məlum olacaq. Onu da əlavə edim ki, Yaponiyanın xarici işlər naziri ötən gün bəyanat verdi ki, Yaponiya fikrində qalır və Kuril adası ilə bağlı məsələ həll olunmayınca sülh müqaviləsinin bağlanılmasından söhbət belə gedə bilməz. Hesab edirəm ki, məsələ bir müddət də hələ açıq olaraq qalacaq. Putin bu addımları ilə sübut etmək istəyir ki, öz ölkəsinin maraqlarını bütün dünyadan üstün tutur və bununla da Rusiyanın hegemon dövlət olaraq tanınması marağından çıxış edir”.

Alçina Amilqızı
Cebhe.info

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir