KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Putin Koçaryan Pasinyan

Putin Koçaryan Pasinyan

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
319 0

Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanı qələbə münasibətilə ona görə təbrik etməyə tələsmir ki, Ermənistanın baş naziri Kreml sahibinin köhnə dostu Robert Köçəryanı həbs edib. Putin dərhal Paşinyanı təbrik etsəydi, Paşinyanın Köçəryanı həbsinə göz yumması anlamına gələrdi. Putin isə yanlış anlaşılmasını istəmir və dostunu həbsdən çıxarmağa çalışacaq. Buna baxmayaraq, Kreml Paşinyanı olduğu kimi qəbul etmək məcburiyyətindədir. Nə vaxta qədər ki, Paşinyan xarici siyasəti korrektə etməyəcək və Rusiyadan uzaqlaşmaq hesabına Qərbə çox yaxınlığa çalışmayacaq, Kreml onu devirmək istəməyəcək. Paşinyanın hazırda ölkə daxilində tərəfdarı çoxdur. Paşinyanı güc yolu ilə devirmək Ermənistanda vətəndaş müharibəsinə rəvac vermək deməkdir. Kreml isə bunu istəmir.

Köçəryan tərəfdarları etiraz etməyə çalışsalar da, parlament seçkisində 70 faiz səs qazanan Nikol Paşinyanı indiki şərtlər daxilində devirə bilməyəcəklər. Robert Köçəryanın reytinqi yüksək deyil ki, xalq Köçəryan tərəfdarlarının arxasınca getsin. Bir neçə günə etiraz səngiyəcək. Gürcüstanda da belə oldu. Qrirol Vaşadze tərəfdarları Tiflisin mərkəzinə çıxdılar, Salome Zurabişvilinin qələbəsini tanımadılar, eks-prezident Mixail Saakaşvili Hollandiyadan Gürcüstandakı tərəfdarlarına səslənərək inqailaba çağırdı… Bu gün Tiflisdə sakitlikdir. İrəvanda da belə olacaq. Nikol Paşinyan bir neçə ay daxili təhlükədən özünü sığortalaya bilər. Onun problemləri ilin ortasına yaxın artacaq.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir