KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. protokol xidmətlərinin səhvləri

protokol xidmətlərinin səhvləri

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
444 0

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq təşkilatının Vyetnam sammiti çərçivəsində görüşməli idi. Görüş baş tutmadı və bunun səbəbi protokol xidmətlərinin səhvləri ilə əlaqələndirildi. Mənə elə gəlir ki, protokol xidmətlərinin “səhvi” bəhanədir. Tramp Putinlə yenidən görüşə risq etməyib. Onsuz da Donald Tramp Rusiya ilə bağlantısına görə ölkəsində güclü müxalifətlə üz-üzədir və ona qarşı formalaşan böyük güc Ağ Ev sahibinin bütün enerjisini tükəndirir. Ona görə də Tramp Putinlə görüşüb özünə daha böyük problem yaratmaq istəmədi.

Trampın Vyetnamdakı sammitdə Putinlə görüşə hazır olmamasına dəlalət edən səbəblərdən biri də Ağ Ev sahibinin nümayəndə heyətində Rusiya üzrə mütəxəssisinin yer almaması idi. Adətən bu cür görüşlərdən əvvəl prezidentlər görüşəcək ölkənin siyasəti və mümkün cavablar haqqında əvvəlcədən bilgili olmalıdırlar, həmin bilgiləri isə nümayəndə heyətində həmin ölkə üzrə mütəxəssis ona çatdırmalıdır. Etiraf etmək lazımdır ki, Putin amerikalı həmkarından xeyli təcrübəli və hiyləgərdir. Ona görə də Tramp kimi prezidentin Putinlə görüşdən qalib ayrılması mümkün görünmür.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir