KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. PAŞİNYAN QARABAĞ KARTINDAN MƏQSƏDLİ ŞƏKİLDƏ İSTİFADƏ EDİR

PAŞİNYAN QARABAĞ KARTINDAN MƏQSƏDLİ ŞƏKİLDƏ İSTİFADƏ EDİR

Hasan Oktay Hasan Oktay - - 4 dk okuma süresi
313 0

Niyyəti gələcək seçkilərdə köhnə komandanı tamamilə hakimiyyətdən silməkdir

Britaniyalı jurnalist Tomas de Vaal son günlərdə Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Qarabağla bağlı səsləndirdiyi sərt bəyanatları ziyanlı, diplomat və siyasətçiyə yaraşmayan fikirlər kimi dəyərləndirib. Tomas de Vaal Paşinyanın çıxışını kütlə adamının danışığı və daxili auditoriyaya hesablanmış bəyanat kimi dəyərləndirib.

Onun fikrincə, Paşinyan “Qarabağ Ermənistanın ayrılmaz tərkib hissəsidir” sözü ilə Qarabağ ermənilərinə inandırmaq istəyir ki, guya onların yanındadır. Lakin Vaal hesab edir ki, Paşinyanın bu bəyanatları çox təhlükəlidir. Onun Qarabağın suverenliyi, işğal olunmuş torpaqların geri qaytarılmaması ilə bağlı səsləndirdiyi təhlükəli bəyanatlar Bakı ilə danışıqlar üçün yer qoymur və bu da hər iki tərəfi müharibəyə sürükləyir.

Ekspert hesab edir ki, Paşinyanın Qarabağ münaqişəsinin həllinə sərt yanaşma tərzi bir müddətdən sonra yumşalacaq. Açıqlamalarla bağlı “Şərq”ə danışan türkiyəli professor, Beynəlxalq “VİZYON” Universitetinin prorektoru ve kafkassam sedri Hasan Oktay deyib ki, Paşinyan Ermənistanda çox qısa zaman müddətində iqtidara gəlib. Onun sözlərinə görə, Sarkisyanın komandası gözlənilmədən diqqətləri Paşinyanın üzərinə çəkərək iqtidardan ayrıldı və Paşinyanın önünü açdı:

“Sarkisyan rejimi öz hakimiyəti dövründə “qazandığı” bütün problemləri iqtidara gəlmək həvəsi ilə yanıb-tutuşan Paşinyanın üzərinə atdı. Yeni baş nazir hakimiyyətə gəlməyin bu qədər rahat olmasının verdiyi arxayınlıq ilə biri-birinə zidd açıqlamalar verməyə başladı. Təbii ki, bəyanatların başında Dağlıq Qarabağ durur. Paşinyan Sarkisyan iqtidarına qarşı əlini gücləndirməyə çalışdığı üçün Qarabağ məsələsində Sarkisyan rejimindən daha sərt mövqe sərgiləyir. Məqsədi isə gələcək seçkilərdə köhnə komandanı tamamilə hakimiyyətdən silməkdir. Məlumdur ki, baş nazir seçki yolu ilə vəzifəyə gəlməyib. Etiraz edən müəyyən bir qrup onu zorla baş nazir seçib.

Bu baxımdan seçkiyə qədər populist çıxışlar edərək xalqın daha böyük faizinin dəstəyini almağa çalışacaq. Dara düşdüyündə isə kreslosunu qorumaq üçün dərhal Qarabağda təxribata əl atacaq və Azərbaycan əleyhinə sərt bəyanatlar verəcək. Bildiyimiz kimi, Paşniyanın Gürcüstana səfəri gözlənilir. Əgər həmin görüşə Azərbaycan tərəfdən nümayəndə qatılarsa, erməni baş nazir orada əsl şou göstərməyə cəhd edəcək. Ona görə də Azərbaycan tərəfi Tiflis səfərində Paşinyanın həmləsinə meydan verməməlidir”. Ekspert bildirib ki, Ukrayna məsələsində Rusiyaya qarşı uğur əldə edə bilməyən Qərb dünyası Qarabağ üzərindən Moskvaya cəbhə açmağı düşünə bilər: “Etirazlar ərəfəsində Paşinyana dəstək verənlər nə vaxtsa bunun qarşılığını istəyəcəklər. Hər istiqamətdə, həm cəbhədə, həm də diplomatiyada son dərəcə diqqətli olmaq lazımdır”.

İsmayılQocayev

http://www.sherg.az/site/id-47852/Pa%C5%9Finyan_Qaraba%C4%9F_kart%C4%B1ndan_m%C9%99qs%C9%99dli_%C5%9F%C9%99kild%C9%99_istifad%C9%99_edir#.Wwfk6kiFPIV

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir