KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Nazim Cafersoy: Fənər Rum Patriaxliğinin Ukrayna kilsəsinə müstəqillik verməsi

Nazim Cafersoy: Fənər Rum Patriaxliğinin Ukrayna kilsəsinə müstəqillik verməsi

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
335 0

Fənər Rum Patriaxliğinin Ukrayna kilsəsinə müstəqillik verməsinin orta və uzun perspektivdə ciddi geosiyasi və geomədəni nəticələri olacaq. İlk olaraq məsələ Rusiya-Türkiyə münasibətlərinin mövzusuna çevriləcək. Bu çərçivədə Rusiya Patriarx Bartelomosun vəzifəsini itirməsi üçün siyasi və dini vasitələrdən istifadə etməyə çalışacaq. Bu mənada Rusiyanın təsir imkanlarına malik ola bildiyi beynəlxalq və Türkiyə mərkəzli mətbuat orqanlarında Bartelomosun Türkiyə eleyhdari fəaliyyətlərinə dair ciddi xəbərlər yayımlanması sürpriz olmaz. Bartelomos məsələsi Putin-Ərdogan görüşlərində də daha aktual formada gündəmə gələ bilər. Digər tərəfdən Kremlin arxasinda durduğu Rusiya Patriaxliği Pravoslav dünyasında Fənər Patriarxliginin zəiflədəcək yeni bir dini otorite mexanizm üçün cəhdlərini artıracaqdir…
Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir