Uyanış, Diriliş, Direniş…

AZERBAYCAN`IN II. MAHMUD`U VE I. PETRO`SU ABBAS MİRZA KACAR

GAZİ ALPEREN, AHİ VE AKINCI RUHU”NA SAHİP GERÇEK DERVİŞ OLABİLMEK

İthalata bağımlılık azalırsa, Türk ekonomisi büyür

Kremlin Şanxay Əməkdaşlıq Təşkilatındakı 4 hədəfi…

Gündem 10 Haziran 2017
468

Astanada iyunun 9-da Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirildi. Sammitdə Pakistan və Hindistan tamhüquqlu üzv seçildilər.

Necə oldu ki, bu iki ölkəni təşkilata üzv seçdilər?

Axı bu iki ölkənin bir-biri ilə münasibətləri gərgindir. Hətta belə rəy var ki, Pakistan və Hindistan təşkilata üzv qəbul olunduqdan sonra təşkilat çərçivəsində konsensus əldə etmək çətinləşəcək. Bu Şanxay Əməkdaşlıq Təşkilatının işini mürəkkəbləşdirəcək. Çinin özünün də Hindistanla münasibətləri soyuqdur, iki dövlət arasında sərhəd problemi var. Çin Pakistanı dəstəkləyir.

Pakistan və Hindistanın Şanxay Əməkdaşlıq Təşkilatınaz üzv qəbul etdirmək Rusiya prezidenti Vladimir Putinə lazım idi. Bununla Putinin bir neçə məqsədi var.

Birincisi, Rusiya prezidentinin fikrincə, təşkilatın genişləndirilməsi bölgədə təhlükələrə qarşı mübarizə imkanlarını artıracaq. Ən böyük təhlükə Əfaqnıstandakı gərgin vəziyyətdir. Rusiya terrorçulara qarşı mübarizədə Pakistan və Hindistanla əməkdaşlıq etmək istəyir. Mərkəzi Asiya ölkələri də Əfqanıstandakı vəziyyətdən narahatdırlar. Ona görə Mərkəzi Asiya ölkələləri də Pakistan və Hindistanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul olunmasında maraqlıdırlar. Vaxtilə Pakistan ABŞ-ın müttəfiqi idi. Ancaq “soyuq müharibə” bitdikdən sonra bu müttəfiqlik zəiflədi. Pakistan rəhbərliyi özü də Əfqanıstanda Taliban hərəkatından ehtiyat edir. Talibana bağlı terrorçular bir neçə dəfə Pakistan ərazisində terror aksiyaları törədiblər. Digər tərəfdən Pakistan imkan verə bilməzdi ki, yalnız Hindistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul olunsun. Pakistan heç bir məsələdə Hindistandan geri qalmaq istəmir.

İkincisi, Rusiya prezidenti Pakistanı Rusiyaya yaxınlaşdırmaq istəyir. Hətta bir müddət əvvəl Rusiya ilə Pakistan arasında birgə hərbi təlimlər də keçirmişdilər.

Üçüncüsü, Putin NATO-nin Avropanın Şərqinə doğru genişlənməsindən narahatdır. Misal üçün Kreml Monteneqronun NATO-ya üzv qəbul olunmasına kəskin reaksiya verdi. Buna görə də Putin NATO-nin genişlənməsinə alternativ olaraq Şanxay Əməkdaşlıq Təşkilatının genişlənməsinə çalışır. Növbədə İran var. Rusiya İranın da Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul olunmasına dəstək verir. Türkiyə və Azərbaycan da Şanxay Əməkdaşlıq Təşkilatına maraq göstərirlər. Beləliklə, Şanxay Əməkdaşlıq Təşkilatı bölgənin əsas mərkəzi təhlükəsizlik sisteminə çevrilmək üzrədir.

Dördüncüsü, Pekində 14-15 mayda “Böyük İpək Yolu” layihəsi ilə bağlı sammit keçirildi. Bu sammitdə yalnız Hindistan iştirak etmirdi. Kreml Çinin Rusiyanın nəqliyyat imkanlarından istifadə edəcəyinə ümidlidir, yəni Çin öz mallarını Avropaya Rusiya üzərindən çatdırsın. Ona görə də Kreml çalışır ki, Çinlə bütün formatlarda sıx əməkdaşlıq etsin.

Buna baxmayaraq, Rusiyanın əsas problemi Əfqanıstandır. Putin NATO ölkələrini ona görə tənqid edir ki, bu ölkələr orada olduqları 15 il ərzində Əfqanıstanda qayda-qanun yarada bilməyiblər. Kreml sahibi haqlıdır. Əfqanıstanda vəziyyət gərgin olaraq qalır. Ona görə də Putin düşünür ki, Əfqanıstanda vəziyyətin normallaşmasında Şanxay Əməkdaşlıq Təşkilatının vacib rolu ola bilər. Putin “Şanxay Əməkdaşlıq Təşkilatı – Əfqanıstan” formatının yenidən işə başlamasını istəyir. Məqsəd Əfqanıstanda müxtəlif qüvvələr arasında dialoqu genişləndirib sabitlik əldə etməkdir. Ancaq NATO-dan fərqli olaraq Şanxay Əməkdaşlıq Təşkilatının Əfqanıstan istiqamətində uğur qazanacağını söyləmək çətindir. Əfqanıstan qarışıq ölkədir, problemləri də dərindir. Əfqanıstanın mərkəzi ilə əyalətləri arasında fərq böyükdür, dövləti paytaxtdan idarə etmək çoğrafi baxımdan da çətindir.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

Yorumlar