KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. KAREN OHANCAYNIN “MÜHARİBƏ BAŞLAYACAQ” ANONSU KİMƏ VƏ NƏYƏ HESABLANIB?

KAREN OHANCAYNIN “MÜHARİBƏ BAŞLAYACAQ” ANONSU KİMƏ VƏ NƏYƏ HESABLANIB?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
273 0

Azərbaycan mediasında bu gün əsas xəbər başlıqlarından biri budur: “Azərbaycanla hər an müharibə başlaya bilər”. Bu xəbər “Helsinki təşəbbüsü-92″nin Dağlıq Qarabağ komitəsinin koordinatoru Karen Ohancanyan sözlərinə isitnadən yayılıb. Yayılan xəbərdən sonra “Ermənistandan sensasiya” alt başlığının əlavə edilməsini doğrusu anlamadım. Birincisi, Karen Ohancanyan Ermənistanda deyil, Dağlıq Qarabağda yaşayır. İkincisi, Dağlıq Qarabağda yaşayan erməninin facebook-da yazdığı bir neçə cümləlik statusun Azərbaycanın informasiya məkanını zəbt etməsinin tərəfdarı deyiləm.

Ancaq əgər erməninin məlum statusu xəbər məkanımızı işğal edibsə mən də Karen Ohancanyanın arqumentlərini xırdalamaq məcburiyətindəyəm. Onun əsas müharibə arqumenti budur ki, Azərbaycan bütün sərhədboyu hərbi təlimləri genişləndirir. Guya Azərbaycan iyun və ya iyulda da müharibə başlaya bilərdi, sadəcə buna 3 amil mane oldu: 1. Rusiyada keçirilən futbol çempionatı. 2. Mingəçevirdəki elektrik qəzası. 3. Gəncədə baş verən hadisələr. Yəni Karen Ohancanyanın sözlərindən belə çıxır ki, indi bütün bu məsələlər Azərbaycan üçün arxada qalıb və Bakı üçün avqust və ya sentyabrda müharibəyə başlamaq üçün manesi yoxdur. Hətta onun sözlərinə görə, Rusiya-Ermənistan münasibətlərindəki mövcud gərginlik də Azərbaycanın müharibəyə başlaması üçün şərait yaradır.

Karen Ohancanyanı şəxsən tanıyıram. Müxtəlif beynəlxalq konfrans və seminarlarda dəfələrlə üz-üzə gəlmişik. O “müharibə yaxınlarda başlayacaq” ifadəsini illərdir işlədir. Bir dəfə ona belə bir sual verdim: “Azərbaycanın gəlirləri artır, ordumuz güclənir, hərbi texnikamızın sayı artır. Bu halda Siz nə etməyi düşünürsünüz?”. Bilirsiniz Karen Ohancanyanın mənə cavabı nə oldu: “Sizi təxribata çəkəcəyik və Sizdə 1990-cı illərdə baş verən olayları təkrarlamağa çalışacağıq”.

Həmin Karen bu gün də təxribatla məşğuldur. O “müharibə” sədalarını gücləndirməklə erməni cəmiyyətini Azərbaycana qarşı kökləməyə çalışır. Bəli, müharibə hər an başlaya bilər, ancaq Karen kimilərin məqsədi “dəqiq tarixi” göstərməklə müharibənin qarşısını almaq və işğalı uzatmaqdır. Müharibənin nə zaman başlanacağı qərarı ancaq Bakıda verilə bilər.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir