KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Fransanın bölgədəki mövcudluğunu qorumaq üçün böhrana ehtiyacı var

Hasan Oktay: Fransanın bölgədəki mövcudluğunu qorumaq üçün böhrana ehtiyacı var

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
129 0

Türkiyə Qafqaz Araşdırmaları mərkəzinin rəhbəri Hasan Oktay açıqlamasında qeyd edib ki, noyabrın 10-da imzalanan sülh sazişindən sonra Cənubi Qafqazda təəccüblü hadisələr baş verdi.

Ekspert hesab edir ki, müqavilənin dördüncü maddəsinə daxil edilən “Laçın dəhlizi” Rusiyanın Cənubi Qafqazda daimi mövcudluğunu göstərmək baxımından son dərəcə əhəmiyyətli idi. Lakin Ukrayna böhranı bu münaqişənin gedişatını dəyişdirdi. Bundan əlavə, Rusiya ilə Ermənistan arasında münasibətlərin açılması Rusiyanın 30 ildir həyata keçirdiyi Cənubi Qafqaz siyasətini Ermənistan üzərindən aparması ilə nəticələndi:

“Ciddi sapmalar baş verməyə başladı. Xüsusən də Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması Rusiyanın Cənubi Qafqaz siyasətində dəyişiklik etməsinə imkan yaratdı. Ermənistanın Dağlıq Qarabağ bölgəsinin öz problemi olmadığını və bu problemin Rusiya ilə Azərbaycan arasında həll edilməli olduğunu bildirməsindən sonra Putin strategiyanı dəyişmək qərarına gəldi və konstitusiyanı Azərbaycan ərazisində həyata keçirmək imkanı yarandı, yeddi rayondan sonra Azərbaycan Qarabağı öz ərazisinə birləşdirdi”.

Ekspert belə bir şəraitdə Fransanın Rusiyanın Ermənistanda boşaltdığı məkanı doldurmaq üçün cəld hərəkətə keçdiyini və razılaşmalara əsasən Ermənistana yaxın mənzilli müdafiə və hücum raketləri satıldığını qeyd etdi. O, “bundan sonra Ermənistan-Azərbaycan müharibəsi olacaqmı, yoxsa Rusiya tərəfindən Ermənistana qarşı hər hansı bir tədbir görüləcəkmi”- sualının yaranmasına da birmənalı yanaşmayıb. Onun fikrincə, bu silah alma hərəkətlərinin çevrilişin qarşısını almaq üçün olub-olmadığını zaman göstərəcək:

“Lakin Fransanın bölgədəki mövcudluğunu qorumaq üçün böhrana ehtiyacı var. Hazırda Azərbaycan Ermənistan və Fransanın bu böhrandan faydalanmaması üçün Ermənistan Türkiyə ilə birgə siyasət yürütməli, Türkiyə-Ermənistan-Azərbaycan üçlü sülhü bərqərar edilməlidir. Bu sülh gecikdiyi üçün regionda pay sahibi olan ölkələr özlərinə uyğun siyasətləri davam etdirmək istəyirlər. Bu siyasətlər nəticədə münaqişə mədəniyyəti üzərində qurulacaq. Bu münaqişələr həm Ermənistana, həm də Azərbaycana zərər verə bilər.”
https://versus.az/article/az/44392

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir