KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev:Ermənistanın geopolitik seçimi Qərbdir, yoxsa

Kamal Aliyev:Ermənistanın geopolitik seçimi Qərbdir, yoxsa

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
196 0

Məşhur “The Economist”jurnalı Moskvaya geosiyasi yaxın olan ölkəlırin reytinqini araşdırıb.Jurnalın gəldiyi qənaət bundan ibarətdir ki,Ermənistan Belorusdan sonra Rusiyaya geopolitik yaxın olan ikinci ölkədir.Maraqlıdır ki,Rusiya ilə ötən ilin fevralın 22-də(Rusiyanın Ukraynaya qarşı işgalından iki gün əvvəl)43 maddədən ibarət strateji tərəfdaşlıq haqqında saziş imzalayan Azərbaycan geopolitik olaraq Kremlə yaxın olan ölkəlır kateqoriyasında ilk onluga düşməyib.Üstəlik,Nikol Paşinyan 2018-ci ildə Ermənistanda “Məxməri inqilab”yoluyla iqtidara gəlməsindən sonra bu ölkədə anti-Rusiya əhval-ruhiyyəsini müşahidə edirik.Hətta 44 günlük ikinci Qarabag müharibəsindən sonra Paşinyan hökumətinin Rusiyaya qarşı suyasi-diplomatik demarşlarını da nəzərə alsaq,”The Economist”jurnalının gəldiyi qənaəti düşündürücü hesab etmək olar.Görünür,Qərb mətbuatında Paşinyanın Rusiyaya qarşı vaxtaşırı siyasi demarşlarına qarşı ya skeptik yanaşma var,ya da şüphəcilik.Halbuki,Nikol Paşinyanın Qərbə yaxınlaşması istiqamətində xüsusilə,son iki ildə atdıgı addımlar,siyasi üslubu,ritorikası göz önündədir.Əlbəttə,Paşinyan nə qədər Qərbə göz qırpsa da,Ermənistanın Rusiyadan asılılıgı,onun bir dövlət kimi ayaqüstdə durmasının Moskvadan asılı oldugunu da bilir.Sadəcə olaraq,Paşinyan ikili oynayır,manevr imkanlarını genişləndirmək istəyir və beləliklə,hər iki tərəfdən istifadə etməyə çalışır.Fakt budur ki,Ermənistan hökuməti nə qədər qərbyönümlü siyasi kursa istiqamət alsa da,ölkə daxilindəki Rusiyaya yaxın 5-ci kolonun imkanlarından da xəbərdardır.Həmişə vurguladıgım kimi,Paşinyanın ikinci Qarabag müharibəsindəki agır məglubiyyətinə baxmayaraq,Ermənistanda hələ də Moskvaya göbəkdən baglı siyasi qüvvələr var.Erməni baş nazirin son mətbuat konfransında söylədiyi fikirləri,ritorikasını analiz etdikdə görürük ki,o,bu dəfə Rusiya qarşı üslubunu nisbətən yumuşaltmışdı.Xüsusilə,Paşinyanın Rusiyanın NATO-su olan KTMT ilə baglı dedikləri daha çox Moskvanın könlünü almaga hesablanmışdı.Paşinyan Ermənistanın KTMT-dən çıxmasını ölkəsinin təhlükısizliyi üçün problem yaradacagını açıq ifadə etdi.Bu,o deməkdir ki,erməni baş naziri KTMT-siz Ermənistanın imdadına Qərbin-də gəlməyəcəyini yəqin edib.
Digər tərəfdən,Paşinyan Rusiyaya yaxın 5-ci kolonun hər an ona qarşı “dövlət çevrilişi”edə biləcəyi və ya buna cəhd edəcəyini bilir.Bu nöqteyi-nəzərdən,erməni baş nazir daha diqqətli bəyanatlar verir ki,nə şiş yansın,nə kabab.Eyni zamanda,Ermənistan iqtidarı onun da fərqindədir ki,”iki kresloda oturmaq”əbədi deyil və gəlıcəkdə mütləq öz geopolitik seçimini etməlidir.Ola bilsin ki,Paşinyan hələ ki,alternativ geosiyasi seçimləri dəyərləndirir və o qədər də təlısmir.Ancaq fakt budur ki,Yeni Dünya Nizamı(YDN)qurulur və Ermənistan kimi kiçik ölkələr də yekun seçim etmək qarşısında qalacaqlar.Maraqlı detal da həm də bundan ibarətdir ki,Ermənistan hökum əıtinin iki kresloda oturmasını Qərbdə də “isti”qarşılamırlar.Belə nəticəyə gəlmək mümkündür ki,”The Economist”-in Ermənistanı Belorusdan sonra geopolitik olaraq Rusiyaya yaxın oldugunu vurgulaması da,Paşinyanı yekun seçim etməyə hesablanıb.Lakin “The Economist”nəşrinin Ermənistanı geosiyasi olaraq Rusiyaya yaxın ölkə kimi göstərməsinin Moskvada məmnuniyyətlə qarşılanacagını ehtimal etmək çətin deyil.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir