KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Defolt olmuş Rusiya və Qərbin dəstəklədiyi Ukrayna

Fuad Gahramanlı: Defolt olmuş Rusiya və Qərbin dəstəklədiyi Ukrayna

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
313 0

Ukrayna ordusunun Donbas taktikası.

Rusiyanın defolt olması xəbəri təsdiqləndi. Bu, o deməkdir ki, Rusiya Ukrayna müharibəsində iqtisadi məğlubiyyətə uğradı və bundan sonra ölkənin uzun müddət hərbi əməliyyatlar aparmağa resursları yetməyəcək. Rusiya – Ukrayna savaşı həm də maddi resurslar müharibəsidir və bu prosesdə resursları daha tez tükənən tərəf labüd olaraq məğlub olacaq. Bu baxımdan hərbi əməliyyatların uzanması Qərbin dəstəklədiyi Ukraynanın qələbə şansını daha da artıracaq.
Rusiya qoşunlarının hərbi baxımdan tam məğlub olub Ukrayna ərazisini tərk etməsi isə Donbasda gözlənilən böyük vuruşmanın nəticəsindən asılı olacaq.
Ancaq belə görünür ki, Ukrayna və onun Qərb müttəfiqləri Donbasda bir döyüşlə nəticənin müəyyənləşməsinə imkan vermək niyyətində deyillər. Nəyə görə?
İlk növbədə Rusiya Donbasa əsas hərbi arsenalını cəmləyərək bir neçə min tank, yüzlərlə təyyarə, çox saylı artilleriya və raket sistemləri səfərbər edərək böyük atəş gücü ilə Ukrayna ordusuna zərbə endirib onu məğlub etməyə çalışacaq. Bu dəfəki savaş şəhər içi müdafiədən fərqli olaraq açıq sahədə döyüş olacağından, Rusların Ukrayna ordusuna birbaşa zərbə endirmək imkanları olacaq.
Ona görə də Ukrayna ordusu bu hücum əməliyyatları zamanı rus ordusuna daha böyük sayda itkilər verməklə onu zəiflətməyə, döyüş qabiliyyətini tükəndirməyə çalışacaq. Nəticədə Ruslar çox böyük itkilər verib Donbası tuta bilərlər, ancaq bu zaman verdikləri itkilərə görə ordu hücum qabiliyyətini də əhəmiyyətli şəkildə itirəcək. Çünki Rusiya son rezervlərini səfərbər etdiyindən, Donbasda verilən i itkilərin yerini də doldurmaq mümkün olmayacaq.
Beləcə, zaman qazanan Ukrayna ordusu öz resurslarını qoruyub saxlamaq və Qərbdən gələn yardımlar hesabına daha da güclənmək imkanı qazanacaq. Bu prosesdə Ukrayna üçün əsas məqsəd ordunu ağır zərbələrdən, böyük itkilərdən qoruyub saxlamaqdır.
Sonrakı mərhələdə isə Ukrayna ordusu hücum qabiliyyətini itirmiş Rus ordusuna qarşı əks hücum əməliyyatlarına keçməklə, düşməni tam məğlub edib işğal edilmiş əraziləri də geri qaytarmaq imkanı qazanacaq.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir