KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Tokayev Putinə nə demək istədi?

Kamal Aliyev: Tokayev Putinə nə demək istədi?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
14 0

Qazaxıstan prezidenti Kasım-Comart Tokayevin Sankt Peterburqda keçirilən 25-ci Beynəlxalq İqtisadi Forumda rusiyalı jurnalist Marqarita Simonyanın sualına cavabı azərbaycanlıların maragına səbəb olub.
Tokayev aydın şəkildə deyir ki, biz Tayvanın,Kosovanın,Donetskin və luqanskın müstəqilliyini tanımayacagıq.
Tokayev dolayı yolla deyir ki,Donetsk və Luqansk Rusiyanın yaratdıgı proyekt, kvazi dövlətlərdir.Və bu,həm də o deməkdir ki, Qazaxıstan Ukraynanın ərazi bütövlüyünü tanıyır.
Qazax prezidentin rus həmkarının qarşısında açıq formada Ukraynanın ərazi bütövlüyünü vurgulaması bizi sevindirmişdir,bir o qədər də həyacanlandırmışdır.
Əvvala,azərbaycanlılar Tokayevin Putinin gözünün içinə baxa-baxa Donetsk və Luqansk haqqında cəsarətli yanaşmasını həm də ona görə təqdir etdilər ki,sualı verən erməni jurnalist M. Simonyan, sözlərin birbaşa hədəfi isə Vladimir Vladimiroviç Putin idi.
Məmləkətin ruspərəstləri Tokayevə qəzəbləndilər,millətçiləri və qərbpərəstləri isə əməlli-başlı feyziyab oldular. Amma fonda daha fərqli məqamların oldugu KÜTlənin diqqətini çəkmədi.
Bu,həmin o Tokayevdir ki,yanvarda etirazçı qazaxların haqlı tələblərini yatırtmaq üçün rus hərbçilərini-KTMT(ermənilər də daxil)ölkəsinə dəvət edib yüzlərlə insanı öldürtmüşdü.Yəni,bu gün Tokayevə bəy tərifi edən azərbaycanlı zəhmətkeşlər indi onu az qala “Türk oglu”, Turanın əsgəri”tituluna layiq görsünlər.
Həddindən artıq unutqanıq,Balaş.
Digər tərəfdən, Tokayev həm də Tayvan və Kosovanın da müstəqilliyini tanımayacaglarını dedi. Kosova əslində Qərb proyektidir və BMT-də belə təmsil olunmur. Hətta Avropada Yunanıstan,Rumıniya, İspaniya kimi ölkələr belə Kosovanı tanımır.Serbiyanın mövqeyi isə məlumdur.
Lakin Türkiyə Kosovanı müstəqil dövlət kimi tanıyır. Azərbaycan isə Serbiya ilə yüksək əlaqələrə sahibdir və hələ də Kosovanı tanımır.
Deməli, Tokayevin mövqeyini təhlil etsək belə çıxır ki,o,təkcə Rusiyaya deyil,Qərbə də, Türkiyəyə də,hətta Aərbaycana da necə deyərlər, incədən toxundurub.
Mənə görə,Tokayev hələ o siyasi cəsarətin sahibi deyil ki,Putinlə kəllə-kəlləyə gəlsin.Hətta Tokayevin bu sözləri ssenari də ola bilər.
Buna rəgmən, Tokayevin ən azından Ukraynanın ərazi bütövlüyünə(qeyri-səmimi belə olsa)dəyər verməsini alqışlayıram.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.