KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Rusiyada Navalnı “satqın”Qərbin “oyuncagı”kimi tanınırdı

Kamal Aliyev: Rusiyada Navalnı “satqın”Qərbin “oyuncagı”kimi tanınırdı

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
51 0

Bəli,ola bilər ki,Aleksey Navalnı bizim üçün demokratiya ugrunda mübarizə aparan siyasətçi,bloger və ya ictimai fiqur idi.Amma və lakin Rusiya kimi bir cəmiyyətdə Navalnı “satqın”Qərbin “oyuncagı”kimi tanınırdı.
Biz birdəfəlik anlamalıyıq ki,Putin və onun ətrafı,bütövlükdə rus siyasi elitası qəddardır,avtoritardır.İndi sual olunur:Rusiyada qəddar sadəcə Kremldə oturanlardımı,ənənəvi rus brükratiyasıdırmı?
-Xeyr,rus cəmiyyəti və onun dünyagörüşü avtoritardır,başqalarını qəbul etmir,onu dinləmir.
İkinci sual:Qəddar və mövcud siyasi elitalara baglı olan Qərb cəmiyyətləri yoxdurmu?
-Birmənalı olaraq var.
ABŞ-nin keçmiş siyasi fiqurlarından,fikir adamlarından biri olan Henri Kissencerə belə bir sual verilir:Ölkəniz niyə bu qədər güclüdür?
Kissincer deyir ki,biz ölkəmizdəki vətən xainlərini tez aradan götürürük,dünyanın bir çox ölkəsində olan xainləri isə qəhrəman edir,onları yüksək vəzifələrə gətiririk.
Əlbəttə,mən bunları yazmaqla Aleksey Navalnının ölümünu Kissincerin dedikləriylə müqayisə etmək istəmirəm.Lakin bir şeyi bilməyinizi istəyirəm ki,dövlətlərin bir daxili refleksi olur və zamanı gələndə heç kimin gözünün yaşına baxmırlar.İstər Boris Nemtsov olsun,istərsə də Aleksey Navalnı,dərin qatdakı elita daxili reflekslərini işə salıb cinayət də törədir.Təkrar etmək istəyirəm ki,bu,dünyanın bütün ölkələrində keçərlidir.Rusiya Ukraynada işgala başlayanda,Putinin keçmiş tərəfdarlarından biri olan Anatoli Çubays da ölkədən qaçdı.Çubays qaçmasaydı,onun da taleyi Nemtsov,Priqojin və Navalnıdan fərqli olmayacagdı.
Rusiya siyasətini anlamaqdan ötrü o plkənin sosiologiyasını,tarixini,rusların psixologiyasını dərindən bilməyə ehtiyac var.
Hörmətli azərbaycanlılar,Rusiya adlı ölkədə baş verənləri öz arşınınızla ölçməyin.Ümumiyyətlə,siyasi demoqogiyadan uzaq durun,siyasətə duygusal yanaşmagı buraxın.Siyasət qəddar peşədir və bu sərəngetidə var olmaq hər insanın işi deyil.
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir