KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Rusiya Ukraynadan sonra Avropaya hücum edəcəkmi?

Kamal Aliyev: Rusiya Ukraynadan sonra Avropaya hücum edəcəkmi?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
101 0

Emanuel Makron:”Rusiyaya qarşı müharibə aparmırıq.Lakin ruslar Ukraynada qalib gələrsə,o zaman Avropanın təhlükəsizliyi sona çatacaq.

Ümimiyyətlə,son həftələr Avropa mediasinda belə bir ab-hava hökm sürür ki,rusiya Ukraynadan sonra Avropaya hücum edəcək.Maraqlıdır ki,rus prezident Putin ölkəsinin Avropaya hücum edəcəyini absurd sayıb.O zaman ortaya sual çıxır:Qərb paytaxtlarında Rusiyanın Ukraynadan sonra qoca qitəyə hücum edə biləcəyini nəyə əsasən proqnozlaşdırırlar?

Birinci versiya bundan ibarətdir ki,Avropa İttifaqı daxilində sanki Ukraynanın Putin Rusiyasına məglub olacagı ehtimalı gündən-günə güclənir.Baxmayaraq ki,Ukrayna ordusunun silah-sürsatla təmin edilməsində Almaniya əsas donor ölkəsi kimi çıxış edir.Buna rəgmən,Qərbin 2022-ci ilin fevralından bu yana Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar istənilən effekti vermədi.Belə olan təqdirdə,Rusiyanın Ukraynada məglub olacag və bu ölkənin iqtisadi olaraq çökəcəyi haqqında verilən proqnozlar özünü dogrultmadı.

Emanuel Makronu düşünürəm ki,narahat edən ikinci versiya isə budur ki,ABŞ-də keçiriləcək seçkilərdə respublikaçıların qalib gəlmə ehtimalıdır.Əgər keçmiş prezident Donald Tramp respublikaçıların namizədi olaraq seçkiyə qatılaraq indiki dövlət başçısı Co Baydenə qalib gələrsə,o zaman Ukraynaya veriləcək hərbi və siyasi dəstək də kəsilə bilər.Hətta Donald Tramp dəfələrlə deyib ki,prezident olacagı təqdirdə Ukraynada Rusiya ilə anlaşacaq.

Üstəlik biz Trampın NATO-ya olan neqativ münasibətini də bilirik.Təbii ki,bunu Avropadakı liderlər də bilir.Bu nöqteyi-nəzərdən,Makron kimi siyasi liderlər indidən Avropanın təhlükəsizliyini düşünür.Avropalılar yaxşı başa düşürlər ki,NATO-nun təhlükəsizlik şəmsiyəsi olmadan qitənin ciddi problemləri olacaq.Bu problemlərdən biri də aqressiv Rusiyanın opportunist davranaraq Avropaya hücum edəcəyi ehtimalıdır.
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir