KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Gələn il Türkiyə-Ermənistan münasibətlərində “dönüş”yarana. bilər.

Kamal Aliyev: Gələn il Türkiyə-Ermənistan münasibətlərində “dönüş”yarana. bilər.

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
373 0

Ermənistan parlamentinin vitse spikeri Ruben Rubinyan Türkiyə ilə danışıqlarda bu ölkənin xüsusi nümayəndəsi olacaq.
Türkiyə respublikasını isə diplomat Serdar Kılıç təmsil edəcək.

Belə ki,2008-ci ildəki Ermənistan və Türkiyə arasındakı Sürix prosesindən sonra ilk dəfə tərəflər vasitəçi olmadan bir-birləri ilə görüşəcəklər.
Türkiyə və Ermənistan diplomatik münasibətlərin qurulması üçün üç mərhələli plan üzrə işləyəcəklər.
Üzümüzə gələn iyul və avqust aylarında hətta iki ölkə arasında sərhədlərin açılması da mümkün ola bilər.
Əlbəttə,Rusiya hər hansı problem çıxarmasa,Türkiyə-Ermənistan münasibətləri normallaşacaq.

Dogrudur,bu,türk və erməni xalqları arasında barışıq demək deyil.Ermənilər arasında hələ də “türkfobiya”mpvcuddur və bunun minumuma endirilməsi üçün onillərlə vaxt lazımdır.
Buna rəgmən,həm R.T.Ərdogan,həm də N.Paşinyan baş düşürlər ki,siyasi və iqtisadi münasibətlərin bərpa edilməsi prosesi,iki ölkənin də faydasınadır.

Üstəlik,2008-ci ildən fərqli olaraq Türkiyə Ermənistan siyasətini Azərbaycanla koordinasiya edir.Bu,təqdirəlayiq haldır.
Görünən odur ki,Serdar Kılıç və Ruben Rubinyan iki ölkə arasındakı münasibətlərin təsis edilməsi üçün birlikdə yol xəritəsi hazırlayacaqlar və sonda Ərdogan-Paşinyan zirvə görüşünü təşkil edəcəklər.Ehtimal edirəm ki,bu görüş gələn ilin payızına qədər baş tuta bilər.
Hərçənd,Ermənistanın baş naziri N.Paşinyan gürcüstanlı həmkarı İ.Qaribaşvilidən xahiş etmişdi ki,onunla Ərdoganın görüşünü təşkil etsin.
Sadəcə,Ermənistanın əsas istəyi Türkiyənin ona hər hansı şərt irəli sürməməsidir.

Beləliklə,44 günlük müharibədən sonra həm Türkiyə,həm də Ermənistan münasibətlərin qarşılıqlı olaraq ölü nöqtədən tərpədilməsi üçün fürsət qazanıblar.
Eyni zamanda,Zəngəzur ərazisindən dəmiryolunun çəkilməsi gələcəkdə Gümrüdən Qarsa da bu xəttin genişləndirilməsinə rəvac verə bilər.Ermənistanın baş naziri N.Paşinyan da Gümrüdən Qarsa dəmiryolunun çəkilməsini Türkiyə ilə danışıqlar prosesinin effektivliyindən asılı olacagını deyir.

Əgər,Türkiyə-Ermənistan münasibətləri normallaşarsa,regionda nəqliyyat habının həyata keçməsi mümkündür.Agıllı ermənilər də dərk edir ki,Azərbaycan və Türkiyə ilə münasibətlərin improvizasiya edilməsi onlar üçün əla perspektivlər açır.

Əsas odur ki,Rusiya hər hansı mərhələdə Türkiyə-Ermənistan münasibətlərini sarvat etməsin.
Kremldən hər şey gözlənilir.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir