KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Rusiya Odessanı işgal edərsə…

Kamal Aliyev: Rusiya Odessanı işgal edərsə…

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
44 0

Rusiya-Ukrayna müharibəsinin gedişində əsas və həlledici mübarizə mərkəzi bu gün faktiki olaraq,Odessa-Qara dəniz bölgəsidir.
Hətta son vaxtlar Ukraynaya dəstək verən qərb ölkələrinin əsas fokslandıgı şəhər Odessadır.Müharibənin ilk vaxtlarında Rusiya Azov dənizi ətrafındakı ərazini işgal etməklə,Ukraynaya qarşı əhəmiyyətli üstünlük əldə etdi.Lakin Azov dənizindən də dəfələrlə əhəmiyyətli olan Qara dənizdir.Belə demək mümkünsə,Qara dəniz bölgəsi ABŞ-nin nəzarətində olan NATO üçün olduqca kritik əhəmiyyət daşıyır.Bilirik ki,dənizlərə və okeanlara nəzarət edənlər həm də dünyaya hökm etmək iqtidarındadır.Bu faktı təkcə qərb koalisiyası deyil,Putinin Rusiyası da dərk edir.
Qara dəniz Ukrayna üçün “can damarı”funksiyasını oynayır və bu ölkə əsas strateji ixrac məhsulu olan bugdanı məhz bu yolla dünya bazarına çıxarır.
Üstəlik,Qara dəniz soyuq çüharibə dövründə də ABŞ və Sovet İttifaqı arasında bir rəqabət meydanı idi.Sivet imperiyası dagıldıqdan sonra Ukrayna və Gürcüstan Qara dənizə sahilində yerləşən ölkələr kimi Qərb üçün daha da maraqlı oldular.İndi hər iki post sovet ölkəsinin Qərbə inteqrasiyası daha vacib əhəmiyyət daşıyır.
Yuxarıda da yazdıgım kimi,Qara dəniz həm də Rusiya üçün “vazkeçilməz”bölgədir və 2014-cü ildə Krımı işgal etməklə,Moska elan etdi ki,bu bölgədən geri çəkilməyəcək.Hətta mən 2008-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsini də Qara dəniz ugrunda konfrantasiyanın tərkibi kimi görürəm.
İndi Qara dəniz sahilində yerləşən Odessa rusların iştahını çəkir.Bunun səbəbi çox aydındır:Odessa işgal olunarsa,Ukraynanın Qara dənizlə əlaqəsi kəsilir.Bu,həm də o deməkdir ki,Qərbin Qara dəniz geopolitikası çökə bilər.Yəni,Qara dənizli Ukrayna Qərbin vacib geosiyasi planlarından biridir.
Digər tərəfdən,Odessanın işgalı,Ukraynanın Qara dənizlə bagının qopması Moskvaya Moldova ərazisindəki separatçı Dnestryanı bölgə üçün vacibdir.Bunun ardınca,Qaqauziya muxtariyyəti də Rusiyanın nəzarətinə keçə bilər.Odessanın işgalı Gürcüstanın gəlıcək planlarına da təhlükədir.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir