KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Natig Jafarli: Lukaşenko ilə Putinin mətbuat konfransı

Natig Jafarli: Lukaşenko ilə Putinin mətbuat konfransı

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
314 0

Lukaşenko ilə Putinin mətbuat konfransına baxdım, təəssüf ki, aylar öncə yazdığımız olur – Qərbin anlaşılmayan siyasəti nəticəsində Batkanı tam Kremlin qucağına qoydular, “İttifaq Dövlətinin” yaranması üçün 28 istiqamətdə sənədlər imzalandı, növbəti addım siyasi, hərbi birlik olacaq – SSRİ-ni xortladacaqlar.
Halbuki cəmi 1,5-2 il öncə Belarus Qərblə münasibətləri düzəltməyə çalışırdı, AB ilə saziş üzərində iş gedirdi, indi isə tam Kremlin nəzarətinə keçir-keçəcək.
Maraqlı olan odur ki, “Taliban” kimi bir təşkilatla, “daha neynəyək, güc sahibidirlər, gərək görüşək, danışaq, anlaşaq”, deyən Qərb, Lukaşenko ilə birbaşa danışmaq istəmir, onu tanımır – bu yanaşma siyasi karikaturadır.
İndi bəzi içiboşlar çıxıb deyəcək ki, mən Lukaşenkonun tərəfindəyəm, dəstəkləyirəm – mənim dərdim başqadı, SSRİ xortlayır, Qərb də post-soveti Rusiyaya güzəştə gedib mənasız siyasət aparır, güya uzun oynayır, 15-20 illik plan qurub Kremli əlavə maliyyə, siyasi ağırlıqla yükləyib zəiflətməyi düşünür – ola bilər ki, 15 ilə bu alınsın, amma bu 15 il post-sovetdə yaşayanlar zülm çəkməlidirlər?! Daim Şimaldan təhdid yeməlidirlər?! Sabah Donbası tərkibinə qatsa, Xankəndindəki de-facto tanıdığı qondarma rejimi de-jure tanısa Qərb nə edəcək?! Yenə mənasız sanksiyalar qoyacaq?!
Mən ümumbəşəri dəyərlərə təməldən inanan, onları təbliğ edən, azad seçki, rəqabətli bazar, ədalətli məhkəmə uğrunda mübarizə aparmağı həyatımın əsas hədəfi seçmiş bir insanam, Qərbi cəlbedici edən məhz bu dəyərlərə sadiq qalması idi, indi baş verənlər isə azadlıqların çərçivəyə salınmasıdır – əvvəl terror təhdidi, indi də virus “şizofreniyası” ilə azadlıqlar daha da məhdudlaşdırılır və bu çox təhlükəli trenddir…
Natig Jafarli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir