KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Rusiya etnik ermənilərin Qarabaga qayıtmasını istəyir?

Kamal Aliyev: Rusiya etnik ermənilərin Qarabaga qayıtmasını istəyir?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
66 0

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bəyan edib ki,Moskva və Bakı etnik ermənilərin Qarabaga qaytarılması perspektivini müzakirə edir.
Göründüyü kimi,Rusiya ermənilərinin Qarabaga qaytarılmasını artıq açıq şəkildə ifadə edir.Zaxarovaya inansaq,Azərbaycan tərəfi də Rusiya ilə ermənilərin Qarabaga qaytarılmasına mınfi münasibət bəsləmir.
Yeri gəlmişkən,son üç ildə dəfələrlə yazmışdım ki,Rusiya sülhməramlılarının Qarabagda qalmasını şərtləndirən amil bölgədə erməni varlıgının qalmasından keçir.
Moskvanın hazırda Cənubi Qafqazda iki geopolitik hədəfi var:Qarabagda erməni varlıgını əsas gətirərək,öz hərbi mövcudlugunu uzunmüddətli etmək və Zəngəzur dəhlizi boyunca nəzarət mexanizminə sahib olmaq.
Maraqlı olan məqam həm də budur ki,Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın qərb bölgəsi və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək dəhlizin nəzarətini Rusiyanın ixtiyarına vermək istəmir.Şübhəsiz ki,Paşinyanı belə bir addıma spvq edən Qərbdir.Görünən budur ki,Qərb Rusiyanın Zəngəzur koridoru üzərindəki nəzarət funksiyasını özünün Cənubi Qafqazdakı geostrateji hədəfləri üçün qeyri-proporsional hesab edir.
Rusiya isə nəyin bahasına olursa-olsun 2020-ci il 9/10 noyabr üçtərəfli razılaşmasını əlində bayraq edərək Zəngəzur koridorunun təhlükəsizliyini və ona nəzarəti ələ keçirmək istəyir.Təbii ki,Paşinyan hələ də Rusiyanın bu təzyiqlərinə sinə gəlir və maksimum çalışır ki,Zəngəzur dəhlizi üzərində öz suverenliyini təmin etsin.
Azərbaycan tərəfi üçün Zəngəzur dəhlizi üzərində kimin nəzarətinin olması deyil,maneəsiz kommunikasiya vacibdir.Bakı istəyir ki,sərhəddə gömrük postu olmasın və Naxçıvanla maneəsiz kontakt yarada bilsin.

Qarabag ermənilərinin yenidən bölgəyə qaytarılmasına gəlincə,Rusiyanın mövqeyini yuxarıda vurguladım.Əslində,Qərbin hədəfi ermənilərin Qarabaga qaytarılması və onlara özünüidarə hüququnun(muxtariyyət)verilməsidir.Qərb sadəcə olaraq hələ ki,bunu açıq dilə gətirmir
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir