KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: Rusya Karabağ’dan sonra Ermenistan’a da yerleşiyor

Elhan Şahinoğlu: Rusya Karabağ’dan sonra Ermenistan’a da yerleşiyor

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
326 0

Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan Rusiyanın “RİA Novosti” agentliyinə verdiyi son müsahibədə deyib ki, Rusiya sərhədçiləri Türkiyə və İrandan sonra Azərbaycanla sərhəddə də yerləşməyə başlayıblar. Bu məqsədlə Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının bir hissəsinin Ermənistanın şərqinə dislokasiyasına başlanacaq. Demək bu məqsədlə Azərbaycanla sərhəddə yaxın ərazidə kazarmalar tikiləcək.

Bu açıqlama bir daha göstərir ki, Ermənistanın müstəqilliyindən əsər-əlamət qalmayıb, sərhədlərini qoruya bilməyən və ya qorumaq üçün gücü çatmayan ölkə tamamil Rusiyanın vassalına çevrilib. Rusiya Ermənistanın Azərbaycanla sərhəddini qorumağa razılaşıb. Əgər belədirsə, o tərəfdən bizə qarşı hər hansı tərxibat baş verərsə buna Rusiya sərhədçiləri cavabdeh olacaqlar.

Biz də öz tərəfimizdən sərhəddimizi gücləndirməliyik, Laçın dəhlizi üzərindən sərhəddimizin nəzarətə götürülməsi bunun tərkib hissəsi olmalıdır. Bunu etməsək, Rusiya qüvvələri həm o tərəfdən, həm də bu tərəfdən sərhəddi nəzarətdə saxlayacaqlar. Bu isə Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermir. O tərəfdən özləri bilər, bu tərəfin nəzarətini Azərbaycan sərhədçiləri həyata keçirməlidirlər. Bunun başqa alternativi yoxdur.

Elhan Şahinoğlu

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir