KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Putinin Ermənistana səfərinin məqsədi nədir?

Kamal Aliyev: Putinin Ermənistana səfərinin məqsədi nədir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
362 0

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin noyabrın 22-23-də Ermənistana səfər edəcəyi gözlənilir.Bu haqda Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Validimir Putinlə bu gün baş tutmuş telefon danışıgında razılıq əldə olunub.Şübhəsiz ki,Kreml rəhbərinin Yerevana səfəri böyük maraq kəsb edir.Ona görə ki,son dövrlər Yerevan-Moskva xəttində ciddi narazılıq elementlərini görürük.Daha dogrusu,Paşinyan hökuməti imkan düşdükcə ayrı-ayrı platformalarda Rusiyanı açıq tənqid edir,Moskvanın nəzarətində olan KTMT-ni fəaliyyətsizliydə ittiham edir,hətta bu hərbi-siyasi təşkilatı tərk edəcəyinin anonsunu verirdi.Yadınıza salım ki,sentyabrın 12-13-də Azərbaycan-Ermənistan arasındakı təmas xəttində baş verən hərbi eskalasiyada Yerevan birbaşa KTMT-ni fəaliyyətsizlikdə günahlandırmışdı.Daha sonra ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Yerevana səfəri və elə həmin gün Ermənistan paytaxtında Putinin plakatlarının yırtılması onu göstərirdi ki,erməni hökuməti Rusiyadan narazıdır.Digər tərəfdən,Paşinyanın ailə qəzetində Rusiyanın əleyhinə silsilə məqalələrin çapı,Kremlə yaxın olan Zatulin və Simonyan kimi fiqurların Ermənistana girişə qadaga qoyulması onu göstərirdi ki,Yerevan öz geopolitik konyukturasında Rusiya ilə yolları ayırmagı gözə ala bilər.Oktyabrın 31-də Soçidə Paşinyan-Putin görüşü hiss olunurdu ki,erməni və rus liderlər problemləri həll etmək istəyirlər.Hətta belə demək mümkünsə,Paşinyan Putinə “zeytun budagı”uzatdı.Və tıbii ki,Paşinyanın bu jestinə Putin etinadsız yanaşa bilməzdi.Putinin son Valday toplantısından da belə nəticəyə gəlmək olardı ki,Kreml Ermənistanı Qərbə qapdırmaq istəmir və nəyin bahasına olursa-olsun Cənubi Qafqazdakı forpostu olan bu kiçik ölkəni yenidən öz çətiri altına alacaq.Zənn etmək mümkündür ki,Rusiya bundan sonra Ermənistana həm investisiya yatıracaq,həm də bu ölkəyə silah-sürsat göndərəcək.Güman edirəm ki,Putinin Yerevana qısa müddətli ziyarəti Rusiya-Ermənistan münasibətlərində yeni mərhələnin başlangıcı olacaq.Bu gün Ermənistan siyasi elitasının Rusiyadan təlıbi odur ki,2025-ci ildə Qarabagdakı rus hərbçiləri bölgədən getməsin.Açıq deyim ki,mən də “sülhməramlı”rusların Qarabagdan gedəcəyini zənn etmirəm.Əlbəttə,bu,ayrı bir müzakirə mövzusudur.Konkret Putinin Yerevana səfərinə gəlincə,mən buna iki ölkə arasındakı münasibətlərdə “nikah yenilənməsi”kimi baxıram.Güman ki,Putinin Yerevana səfərindən sonra erməni mediasında anti-Rusiya ab-havasına nisbətən son qoyulacaq.Putin isə öz növbəsində Ermənistana qarant verəcək ki,Rusiya sizi həmişə himayə edəcək və əsla Qərbə güvənməyin.Təbii ki,Rusiyanın Ermənistana verəcəyi əsas qarant Qarabagdakı rus hərbçilərinin 2025-ci ildə bölgədən çıxarılmaması olacaq.Bundan əlavə,Putin bundan sonra da Ermənistanın bir dövlət kimi mövcudluguna və təhlükəsizliyinə də qarant verəcəyi mümkündür.Göründüyü kimi,Rusiya Ermənistanı Qərbə qapdırmamaqda olduqca israrlıdır.Ancaq Ermənistanın demokratik Qərbə inteqrasiyasında əsas siyasi iradə sahibi Nikol Paşinyandır.Əslində,Kreml də bu reallıgı bilir və bu nöqteyi-nəzərdən Paşinyanla siyasi sövdələşməyə getmək istəyəcəklər.

Kamal Aliyevkafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir