KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Hasan Oktay: İranın ən çox qorxduğu məsələ Azərbaycan-İsrail münasibətləridir

Hasan Oktay: İranın ən çox qorxduğu məsələ Azərbaycan-İsrail münasibətləridir

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
222 0

“İran Ermənistanı Zəngəzur dəhlizini açmamağa sövq edir. Eyni zamanda hər iki ölkə Fars körfəzi, Batumi, yəni şimal-cənub dəhlizi ilə bağlı təkliflər təqdim edərək bu layihəni reallaşdırmağa çalışır”. Belə bir açıqlama ilə çıxış edən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFQASSAM) rəhbəri Hasan Oktay “OLAYLAR”-a bildirib ki, Rusiya da öz növbəsində 10 noyabr anlaşması üzərindən bölgədə varlığını davam etdirir: “İran cərəyan edən proseslər fonunda öz daxili problemlərini aradan qaldırmaq və Ermənistanı daha açıq dəstəkləmək üçün Azərbaycana qarşı bir az daha tənqidi və sərt ritorika irəli sürür”.

Hasan Oktay hesab edir ki, indiki məqamda İran 3 səbəbdən dolayı Azərbaycana təzyiqləri, sərt ritorikanı artırır və Bakını öz gözündə düşmən görür: “Birincisi, Azərbaycanın İrana cəsusluq edən bir neçə nəfəri həbs etməsi. Təbii ki, bu İranın Azərbaycana təsir gücünü bir qədər azaltmış olacaq. İkincisi, İran daxilindəki etirazlara dəstək verən xarici güclər sırasında Azərbaycanı görür. Üçüncüsü, İranın ən çox qorxduğu məsələ Azərbaycan-İsrail münasibətləridir. Xüsusən də Zəngilan hava limanının israilli operatorlar tərəfindən işlədilməsi və ya israilli iş adamlarının hava limanının yaxınlığında fəaliyyət göstərməsi barədə iddialar İranın Azərbaycana qarşı sərt mövqeyinə səbəb olub. Bu hadisələrin fonunda İran Azərbaycana qarşı müharibə elan edə bilərmi, onu zaman göstərəcək”.

https://olaylar.az/news/siyaset/477173?fbclid=IwAR3-RMn8Nq2tHnkMpKuX3DxotmLQPILAiY4GAYd8VYa5eMnA0Bmp6O7fnTY

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir