KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Paşinyanın Mehri məsələsində güzəştə gedəcəkmi?

Kamal Aliyev: Paşinyanın Mehri məsələsində güzəştə gedəcəkmi?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
143 0

Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa Parlamentində Zəngəzur koridoru ilə baglı səsləndirdiyi fikirlərdə bəzi nüanslar diqqəti cəlb edir.
Əvvala,erməni tərəfi təxminən üç ildir ki,2020-ci il 9-10 noyabr üçtər əıfli razılaşmanın 9-cu maddəsini sarvat edib.Halbuki,məhz məlum razılaşmanın 9-cu bəndi Azərbaycanın qərb rayonları ilə Naxçıvanı Mehri vasitəsi ilə birləşdirəcəkdi.
Ermənistan hər vəchlə israrlıq nümayiş etdirir ki,onlar Mehridən keçəcək koridor üçün ekstrateritorial status vermək niyyətində deyillər.Təbii ki,İravanın dərdi başqadır.Bu,odur ki,erməni tərəfi nəyin bahasına olursa-olsun Zəngəzur dəhlizinin təhlükəsizliyini ruslara tapşırmaq istəmir.
Belə demək mümkünsə,Zəngəzur dəhlizi üzərində təhlükəsizliyin Rusiyanın nəzarətində olmasını Qərb də qəbul etmir-baxmayaraq ki,üçtərəfli deklarasiyanı imzalayanlardan olan Nikol Paşinyan buna ilk başdan razılaşmışdı.
Paşinyanın Avropa Parlamentində çıxışından belə nəticə hasil olur ki,o,özünün də bəyan etdiyi kimi,Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin reallaşdırılmasında maraqlıdır.Hətta Paşinyan bəyan edir ki,ölkəsi Mehridən keçəcək dəhlizin təhlükəsizliyinə zəmanət də verir.
Göründüyü kimi,Paşinyan bu “bir güllə ilə iki quş”vurmaga cəhd edir;həm dəhliz üzərindəki təhlükəsizliyi Rusiya deyil,özü təmin edir,həm də bu yolla iqtisadi dvidentlərə də nail olur.
Buna rəgmən,Azərbaycan və İran arasındakı razılaşmaya görə Naxçıvana yol bu ölkənin ərazisindən keçəcək.Görünən odur ki,Paşinyan bunu heç gözləmirdi və dərhal öz variantını Azərbaycana təklif etdi.Rəsmi Bakı alternativsiz olmadıgın göstərməklə,istədiyinə nail ola biləcəyini bəyan etmiş oldu.
Digər tərəfdən,Ermənistan ərazisindən Naxçıvana yol İravana da ciddi iqtisadi gəlirlər bəxş etmiş olacaqdı.
Eyni zamanda,Zəngəzur dəhlizi Türkiyə-Ermənistan sərhədlərinin açılmasını,diplomatik münasibətlərin qurulmasını sürətləndirəcəkdi.Əminəm ki,bunu Paşinyan da dərk edir ki,onun Avropa Parlamentundə son dedikləri də buna dəlalət edir.Əks təqdirdə,Ermənistan npvbəti mərhələdə də meqa-layihələrdən geri qalacaq.Bu,Ermənistanın xeyrinə deyil,əksinə,bu ölkəni oyundankənar vəziyyətə salır.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir