KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: İlham Aliyev ve Batı arasında buzlar eriyormu?

Kamal Aliyev: İlham Aliyev ve Batı arasında buzlar eriyormu?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
141 0

Qərbin yenidən prezident seçilən İlham Əliyevi boykot və ya təcrid edəcəyi kimi ortaya atılan dedi-qodulara inanmamaq lazımdır.Əvvəlcə Aİ Şurasının prezidenti Şarl Mişel,daha sonra eyni gündə-Britaniyanın baş naziri Rişi Sunak və Almaniyanın federal kansleri Olaf Şoltsun Əliyevi təbrik etməsi bizə onu deyir ki,təcriddən sphbət belə gedə bilməz.Hətta Əliyevi Münxen Təhlükəsizlik Konfransına çagırıb ona çıxış etmək imkanı yaradıblar.
Birdəfəlik dərk edin ki,Cənubi Qafqazı Rusiyanın təsir orbitindən uzaqlaşdırmaq Azərbaycansız qeyri-mümkündür.Cənubi Qafqaz siyasi olaraq da kövrək və qırılqan məkandır.Qərbdə də bu reallıgı başa düşürlər və ona uygun davranırlar.
Yeri gəlmişkən,İlham Əliyevin andiçmə mərasimində anti-Qərb ritorikasını da nəzərə almalıyıq.Və Əliyevin nitqindəki anti-Qərb tezisləri və onun Türk Dövlətləri Təşkilatı(TDT)haqqında dedikləri də Brüsseldə zənnimcə siyasi konyuktura gərəyi olaraq anlaşılıb.
Üstəlik,türkdilli dövlətlərin birliyi Qərbi o qədər də narahat etmir;bu,daha çox Moskvanı narahat edən faktordur və TDT-nin ciddi struktura çevrilməsi qərblilərin geosiyasi planlarıyla üst-üstə düşür.Onu da nəzə alaq ki,yaxın perspektivdə Rusiya,uzaq perspektivdə isə Çin Qərbin Mərkızi Asiyadakı planlarına qarşı maneədir.
Bu nöqteyi-nəzərdən,başda ABŞ olmaqla,Avropa ölkələri İlham Əliyevlə işləməyə davam edəcəklər.Şübhəsiz ki,ara-sıra qarşılıqlı ittihamlar,hətta diplomatik demarşlar da olacaq.Lakin son nöqtədə Qərb avtoritar olaraq gördüyü siyasi liderlərlə “müştərək”hədəflər istiqamətində işləyəcək.
Siyasətdə Türkiyənin rəhmətlik prezidenti Süleyman Dəmirəl demişkən,”dün dündür,bu gün isə bu gün”düsturu keçərlidir.Biz bunu cari Qərb-Azərbaycan münasibətlərinə də aid edə bilərik.

P.S.Sırada Fransa prezidenti Emanuel Makronun İlham Əliyevi təbrik etməsidir.Bu da baş verəcək.
Kamal Aliyev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir