KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Kamal Aliyev: Gürcüstan ərazisindən Ermənistana hərbi texnika daşınır?

Kamal Aliyev: Gürcüstan ərazisindən Ermənistana hərbi texnika daşınır?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
183 0

Azərbaycan hökumətinə yaxın olan caliber.az saytının yaydıgı informasiyaya görə,Fransadan göndərilən hərbi texnika Gürcüstan ərazisindən keçərək Ermənistana daşınır.Fransa-Ermənistan münasibətlərinin hazırda yüksək səviyyədə oldugunu nəzərə alsaq,bunda hər hansı gözlənilməz detal axtarmaq əbəsdir.Bu gün faktiki olaraq,Qərbin Nikol Paşinyana dəstək verməsinin əsas səbəbi aydındır:Ermənistanı Rusiyanın təsir orbitindən uzaqlaşdırmaq və lazım gələrsə bu kiçik ölkə vasitəsi ilə Moskvaya növbəti geosiyasi cəbhə açmaqdır.
Şübhəsiz ki,Qərbdə Ermənistanın potensialını və müqavimət resurslarını da çoxdan hesablayıblar.Ötən dəfə də vurguladıgım kimi,Qərb və Rusiya(həmçinin,Çin)arasında mübarizə təkcə Ukrayna və Afrika qitəsində deyil,eyni zamanda,Yaxın Şərqdə,Cənubi Qafqazda da davam edir.Hətta onu da qeyd etmək olar ki,Yeni Dünya Nizamının(YDN) və yaxud dünyanın siyasi xəritəsinin yenidən şəkillənməsində elə məkanlar mövcuddur ki,onları obrazlı da olsa partlamaga hazır mina adlandırmaq olar.
Üstəlik,onu da iddia etmək olar ki,mövcud geopolitik qütblər bir-birlərinin potensialını,resurslarını,hətta müqavimət immunitetini də bilirlər.

Beləliklə,fransız silahlarının Gürcüstan ərazisindən Ermənistana daşınması əsla qeyri-adi görünməməlidir.Nəzərə almalıyıq ki,Gürcüstan artıq Avropa İttifaqına üzv olmaq üçün rəsmi namizədlik statusunu alıb.Təbii ki,bu,mən o qədər sadəlövh deyiləm ki,Gürcüstanın Aİ-yə bu tezlikdə tam hüquqlu üzv olacagına inanım.Şəxsən mənə görə,Gürcüstan heç vaxt Avropa İttifaqının üzvü olmayacaq.Bunu avropalılar da dərk edir,ancaq “biz də iş görürük”görüntüsü verirlər.Buna rəgmən,Gürcüstanın Qərbə inteqrasiyasının müsbət nəticələrinin ola biləcəyini demək mümkündür.

Gürcüstan Azərbaycan və Ermənistan arasında həmişə neytral mövqe sərgiləməyə cəhd edib və demək olar ki,bu istiqamətdə hər iki tərəfin də etibarını qazanıb. Xatırladım ki,biz bunu 44 günlük Qarabag müharibəsində də gördük.Hətta mən də mediada Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün ideal variantın gürcüstan oldugunu demişəm.Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin son açıqlamalarına nəzər salsaq görərik ki,Tbilisi Bakı və Yerevan arasında ugurlu vasitəçilik funksiyasını üzərinə götürə bilər.
Azərbaycan mediasının yaydıgı xəbərə inansaq,Fransanın göndərdiyi silahların Poti limanından keçməklə Ermənistana ötürülməsi Bakı və Tbilisi arasında münasibətlərin korlanmasına gətirib çıxara bilər.Halbuki,Gürcüstan indiyəcən Ermənistana silah daşınmasına icazə vermirdi.
Yeri gəlmişkən,biz Hindistan silahlarının İran ərəzisindən keçərək Ermənistana daşınacagını gözləyirdik.Açıgı,Gürcüstanın öz ərazisindən Ermənistana silah daşımaga icazə verməsi bir qədər də gözlənilməz oldu.
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir