KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Fuad Gahramanlı: Reisinin ölümü kesinleşti

Fuad Gahramanlı: Reisinin ölümü kesinleşti

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
177 0

İran prezidenti Rəisinin ölüm xəbəri artıq rəsmi olaraq təsdiqlənib. 1989 -cu il ABŞ istehsalı olan köhnə helikopterin qəzaya uğraması nəticəsində Rəisi ilə birlikdə İan xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də həlak olub.
Bu hadisə hələlik qəza hesab olunsa da hadisənin təfərrüatları hərtərəfli araşdırmadan sonra bəlli olacaq. Ancaq bu nəticələrin ictimaiyyətə açıqlanıb- açqlanmayacağını bəri başdan dəqiq demək mümkün deyil.

Əgər hadisənin hər hansı bir xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən törədilmiş təxribat nəticəsində baş verdiyi məlum olarsa, o zaman bu regionda çox böyük gərginliyə yol aça bilər. Bu halda İran dövlətinin üzərinə qisas, cavab addımı atmaq öhdəliyi düşmüş olacaq. Ancaq regionda İran ətrafındakı həlqənin getdikcə daraldığı və müharibə təhlükəsinin olduğu bir şəraitdə, təxribat faktını ictimailəşdirmək rejimin manevr imkanlarını məhdudlaşdıra bilər. Ona görə də belə bir təxribat faktı aşkarlanmış olsa da, istintaqının nəticələrini siyasi filtrdən keçrildikdən sonra elan ediləcəyini ehtimal etmək olar.
Əgər ehtimal olunan təxribatın qaynağı İran daxilində olarsa, bu rejim daxilində ciddi hesablaşmalara və ixtilaflara da yol aça bilər.

Bu ana qədər cavabsız suallardan biri də prezidenti müşaiyət edən iki helikopterlə bağlıdır. Onların taleyi ilə bağlı hələ ki rəsmi məlumat yoxdur. Ancaq necə olub ki, bu iki helikopter Rəisinin olduğu helikopterin qəzaya uğramasını görə bilməyib, əgər eyni xətt boyu uçuş həyata keçrilibsə, necə olur ki, qəzaya məhz prezidentin helikopteri uğrayıb ? Rəisinin helikopteri qəzaya uğradığı yeri digər iki helikopterlə rabitə əlaqəsinin kəsildiyi an və məkana görə vaxt itirmədən dərhal müəyyənləşdirilmək olardı . Ancaq bu olmadı və 10 saat gecikmədən sonra qəza yeri Türkiyədən göndərilən gecə görüş radarına malik “Akınçı” insansız hava aparatı vasitəsilə ilə müəyyən edilib .

Hələlik isə 50 gün ərzində yeni seçkilər keçrilməlidir. Ötən il Məhsa Əmininin öldürülməsinə qarşı rejimin böyük qəddarlıqla həyata keçirdiyi repressiyalar nəticəsində ölkə miqyasında kütləvi xalq etirazlarını yatırmaq mümkün olmuşdu. O zaman minə yaxın etirazçı öldürülmüş , 30 min nəfər isə həbs olunmuşdu. İndi rejimlə xalq arasında susqun gərginliyin olduğu bir şəraitdə növbədən kənar seçkiləri yenidən bu etirazları tətikləyib aktivləşdirməyəcək ki? Bu sualın da cavabını qarşıdakı günlərdə görəcəyik.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir