KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Gedebey çevre olayları ve Karabag ermenilerinin entegrasyonu

Kamal Aliyev: Gedebey çevre olayları ve Karabag ermenilerinin entegrasyonu

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
178 0

Gədəbəydə baş verən hadisə ətraf mühüt problemindən savayı həm də insan hüquqları demokratiya məsələsidir.Bəli,Azərbaycanda insan hüquq v əı azadlıqlarının cari vəziyyəti acınacaqlıdır və iqtidar ən kiçik sosial etirazların qarşısını alarkən,”xarici qüvvələr”,”Sorosun əməlləri”və bu kimi yersiz ifadələrdən gen-bol istifadə edir.Bu barədə daha sonra…

Konkret Gədəbəydəki hadisəyə gəlincə,sıravi polis əməkdaşının yaşlı bir qadına qarşı törətdiyi əməl,lüzumsuz təzyiq qəbul edilməzdir.Üstəlik,Gədəbəy rayonunun icra başçısının hadisə yerinə gələrək tamamilə qeyri-adekvat üslubda danışması da biabırçılıqdır,dövlət məmuruna yaraşmayan ritorikadır.Biz bilirik ki,qızıl mədənçiliyi sektorunda istifadə olunan hidrigen-sianid maddəsi rəngsiz və kəskin qoxuya malik maddədir.Yəni,qısaca olaraq,sianid nəinki insan orqanizminə,təbiətə,hətta heyvanlar üçün də təhlükəli maddədir.Lakin buna baxmayaraq,hökumət bölgədə yeni qızıl mədənlərini kəşf etmək və bununla da cibini doldurmaq üçün əlindən gələni edir.
Yeri gəlmişkən,yaxın 10-15 ildə Azərbaycanda ciddi içməli su problemi yaranacaq.Üstəlik,qaz vurub qazan doldurmaq üçün təbiəti,suyu zəhərləmək də əlavə problemlər yaradacaq.Bütün bunlar priblemin sosial tərəfidir.Bununla yanaşı,Gədəbəydə yaşananlar yuxarıda da vurguladıgım kimi əhəmiyyətli dərəcədə böyük problemdir.

Hal-hazırda Azərbaycanda vətəndaş cəmiyyəti,müxalifət olduqca zəif dpvrünü yaşayır.Halbuki,bu kimi problemlər eyni zamanda,vətəndaş cəmiyyətinin,siyasi müxalifətin məşgul olacagı məsələdir.Maraqlıdır ki,Laçın-Şuşa yolunda aylarla etiraz aksiyaları təşkil edən ekofəallar da gözə dəymir.Çünki həmin ekofəallar hökumətə yaxın ayrı-ayrı məmurların kurasiyasında olan şəxslər idi.Onu da qəbul etmək olar ki,Azərbaycan cəmiyyətində ekologiya,ətraf mühüt anlayışları istiqamətində maarifləndirmə işləri də aparılmayıb.Şübhəsiz ki,məlum mövzu həm də bir mentalitet,zehniyyət məsələsidir.Əfsuslar olsun ki,qeyri-müstəqil QHT-ləri,korrupsiyaya bulaşmış idarəetmə sistemini ətraf mühüt kimi problemlər qətiyyən maraqlandırmır.Məsələn,Avropa ölkələrində ekologiya problemləri üzrə ixtisaslaşmış QHT-lər,hətta siyasi partiyalar var.Almaniyada hətta Yaşılkar Partiyası hökumət ortagıdır.
Digər tərəfdən,Gədəbəyin Söyüdlü kəndindəki insanlarla qarşı agılsız və məntiqsiz davranış kənardan da diqqətlə izlənilir.Bilirik ki,Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi(NBM)qurduqdan sonra Qərb təşkilatları Azərbaycanı davamlı tənqid edirlər.Təbii ki,Həkəri çayının üzərində post üurmaq müsbət addımdır,ancaq Gədəbəydə kəndlilərlə gərəksiz rəftar da bu mısələy əə kplgə salır.Beynəlxalq təşkilatları nəzdində belə bir düşüncə yaranır ki,öz vətəndaşının haqqlı tələblərinə kobud yanaşan,zəhərli süni göl yaradan dövlət Qarabag ermənilərini necə reinteqrasiya edəcək…
Biz indi Qarabag ermənilərini necə inandıracagıq ki,suzin təhlükəsizliyinizi,hüquqlarınızı tam təmin edəcəyik?
Axı dünya bizə baxır…

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir