KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Baklya təzyiqlər artır İlham Əliyev nə qədər dözəcək?

Kamal Aliyev: Baklya təzyiqlər artır İlham Əliyev nə qədər dözəcək?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
202 0

Azərbaycan-Fransa, Bakı və Qarabag separatçıları arasında münasibətlər gərginləşməkdə davam edir. Konkret olaraq,Azərbaycana qarşı ciddi təzyiqlər var və bunlar ehtimalla daha da artacaq. İndi maraqlı olan məqam bundan ibarətdir ki,Azərbaycan tərəfinin “dözüm limiti”və buna qarşı preventiv cavab addımlarıdır.Dogrudur,Azərbaycan Paris meri Anne Hidalqonun da müşayiət etdiyi və Fransadan göndərilən humanitar yardım konvoyunu Qarabaga buraxmadı,lakin gərginlik hələ də davam etməkdəir.

Görünən budur ki, Azərbaycana qarşı pressinqin artması fonunda rəsmi Bakı geri addım atmagı nəzərdən keçirmir.Yox,əgər,Azərbaycan tərəfi güzəştə getsə,indiyəcən əldə etdiyi bütün üstünlüklərdən imtina etmiş olacaq.Bu,faktiki olaraq Bakının əldə etdiyi nailiyyətlərin sıfırlanması deməkdir.

Əlbəttə,Qarabag mövzusunda Ermənistan hökumətinə də təzyiqlər var,ancaq bunlar daha çix qapalıdır.Azərbaycana isə təzyiqlər açıq müstəvidə və artan xəttlə davam edir.Təsəvvür edin ki,Paris meri özüylə Qarabag ermənilərinə humanitar yardım gıtirir,amma Bakı buna icazə vermir.Təbii ki,Əliyev hökuməti Fransanın dünyadakı gücündən və əhəmiyyətindən maraqlıdır.Buna baxmayaraq,prezident Əliyev başa düşür ki,geriyə yol yoxdur və bu tarixi fürsətdən yararlanmalıdır.

Bakı qətiyyən güzəştə getmək niyyətində deyil.Yuxarıda da dediyim kimi,Azərbaycan Qarabag üzərində tam suvetenliyi əldə etmək üçün tarixi fürsət yaxalayıb və bundan maksimum istifadə edəcək.Bakının yeganə güzəşti belə ola bil əır ki,həm Laçın,həm də Agdam-Xankəndi yolu paralel olaraq açılsın.Ancaq bu,o demək deyil ki,Azərbaycan tərəfi Agdam-Xankəndi variantl olmadan,Laçın koridorundan yüklərin daşınmasına razı olacaq.Bunu heç düşünməyə dəyməz,nəinki inanmaq olsun.

Beləliklə,Laçın dəhlizi ətrafında yaşanan proses öz mürəkkəbliyini qorumaqda davam edir.Hərçənd,Qarabagdakı tanınmamış adminstrasiya Azərbaycanın göndərdiyi 40 tonluq un məmulatlarını qəbul etsə,gərginlik müəyyən qədər səngiyə də bilər.Görünür,ermənilər “türk çörəyi yeməməkdə”israr etməklə,vəziyyəti daha gərginləşdirmək və problemin maksimum beynəlmiləl xarakter almasında maraqlıdırlar.
Ermənilərin strategiyası aydındır:proses daha gərginləşsin,əlavə aktorlar prisesə cəlb olunsun və müəyyən etapda Azərbaycana qarşı sanksiyalar tətbiq olunsun.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir