KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Əliyev:İran-İsrail müharibəsi başladımı?

Kamal Əliyev:İran-İsrail müharibəsi başladımı?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
23 0

İran və İsrail arasında genişmiqyaslı müharibə ehtimalını bir çox analitiklər istisna etsələr də,Tehranın gec-tez yəhudi dövlətinə cavab verəcəyi gözlənilirdi.
Şübhəsiz ki,Tehran və Təl Əviv arasında geniş masştablı hərbi eskalasiya başlayarsa,bu,birmənalı olaraq Yaxın Şərqi əhatə edəcək.İran hələ ki,proksi ünsürlərini sahədə istifadə edir,ancaq müəyyən fazadan sonra özü də birbaşa İsrailə hücum edə bilər.
İsrail dövlət mediası isə bu arada xəbər yayıb ki,İran ərazisindən artıq bu ölkənin şərqinə onlarla PUA hücuma keçib.Mümkündür ki,50 və 100 ədəd dronun bir qismi İraqdan,digər hissəsi isə Livandan-Hizbullah tərəfindən İsrail ərazisinə atılıb.
Göründüyü kimi,İran-İsrail münasibətləri kifayət qədər agır mərhələyə qədəm qoyub.Əgər İsrail də İrana qarşı cavab tədbirləri başladarsa,bu,bütövlükdə regionda ciddi hərbi və humanitar böhrana səbəb olacaq.
Digər yandan,ABŞ-də İsrailin yanında yer alaraq İrana qarşı cavab addımları atarsa,o zaman Vaşinqtonun Yaxın Şərqdəki hərbi bazaları İranın hıdəfinə tuş gələcək.
Beləliklə,vəziyyət olduqca gərgindir və bu,Yaxın Şərqdə daha böyük müharibı ehtimalını da qüvvətləndirir.
İranın ali rəhbəri Ayətullah Əli Xamanei deyir ki,”sionist rejim”mütləq cəzalandırılacaq.ABŞ prezidenti Bayden isə Uranın ugur qazanmayacagını bəyan edir.
Beləliklə,bu gecə olduqca uzun və kritik olacaq.

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir