KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Əliyev:Azərbaycan Qarabagda növbəti antiterror əməliyyatına hazırlaşır?

Kamal Əliyev:Azərbaycan Qarabagda növbəti antiterror əməliyyatına hazırlaşır?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
140 0

 

Əvvəlcə Laçın postunun atəşə tutulması nəticəsində bir azərbaycanlı hərbçinin yaralanması,Azərbaycan tərəfinin buna adekvat tədbirləri və hal-hazırda Zəngilan istiqamətində agır döyüşlərin davam etməsi bizə onu deməyə əsas verir ki,Bakı bölgədə növbəti antiterror əməliyyatına hazırlaşır.Azərbaycanın siyasi hərbi hakimiyyəti onu düşünür ki,antitertor əməliyyatının keçirilməsi üçün uygun məqam yaranıb.Uygun məqam deyərkən,İlham Əliyev iqtidarı həm Qərbin,həm də Rusiyanın Ukrayna cəbhəsində başının qarışmasını görür,həm də Türkiyədə seçkilərin nəticələrinin məlum olmasını fürsət kimi dəyərləndirir.Üstəlik,Türkiyə prezidenti R.T.Ərdoganın Zəngəzur dəhlizi ilə baglı söylədikləri və Şuşada konsulluq xidmətinin açıla biləcəyini bəyan etməsi Azərbaycan hökumətini belə demək mümkünsə,həvəsləndirib.
Əlbəttə,düşünülə bilər ki,ABŞ və Avropa İttifaqı hər hansı eskalasiyanın baş verməsində maraqlı deyillər.Əslində,indiki məqamda Rusiya da Qarabagda hərbi konfrantasiyanın alovlanmasında o qədər də maraqlı deyil.Kreml bu gün faktiki olaraq,özünün bütün hərbi və iqtisadi potensialını Ukraynaya yönəldib.Əlavə olaraq,Moskva özünün hinterlandı hesab etdiyi Cənubi Qafqazda yeni geniş miqyaslı müharibənin başlanmasında istəkli deyil.Lakin Putin hələ də Ermınistanın baş naziri Nikol Paşinyanın Qərbə etdiyi reveranslardan narahatdır və mümkündür ki,Bakının lokal antiterror əməliyyatlarına susqunluq nümayiş etdirəcək.Ermənistanda keçirilən rəy sorgularında da N.Paşinyanın nüfuzu xeyli aşagı düşüb.Belə fərz etmək olar ki,Rusiya Paşinyanın populyarlıgının daha da aşagı düşməsini istəyir və hesab edə bilər ki,Qarabagda hər hansı bir “ugursuzluq”erməni baş nazirinin siyasi müqəddaratını birdəfəlik həll edə bilər.Təbii ki,bu,böyük siyasi risqdir,lakin siyasət elə risqlərdən ibarətdir.
Azərbaycan tərəfi isə Qarabagdakı erməniləri öz vətəndaşı kimi görür və onların reinteqrasiyasını bir az da tezləşdirmək istəyir.Xatırlayırsınızsa,Azərbaycan prezidenti İlham Əliyev ermənilərə amnistiya tətbiq olunacagını bəyan etmişdi.Hətta Əliyev erməni revanşistlərə çagırış etmişdi ki,silahı buraxmayacaqları təqdirdə bunun nəticəsi ilə üzləşməli olacaqlar.Onu da vurgulayım ki,Əliyevin amnistiya çagırışı Qərbdən də dolayı dəstək görmüşdü.
Bakını antiterror əməliyyatlarına sövq edən əsas amil,2020-ci il 10 noyabr razılaşmasının dördüncü maddəsində nəzərdə tutuldugu kimi,erməni silahlılarının Qarabagdan çıxarılması bəndidir.Görünən budur ki,Azərbaycan hökuməti antiterror əməliyyatının hüquqi bazasını bu bəndə istinad edir.

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir