KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Şuşa Bəyannaməsinin imzalanmasından 2 il ÖTÜR – Qardaşlığın yeni tarixi mərhələsi

Hasan Oktay: Şuşa Bəyannaməsinin imzalanmasından 2 il ÖTÜR – Qardaşlığın yeni tarixi mərhələsi

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
155 0
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasından iki il ötür. Şuşa Bəyannaməsi 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb. Şuşa Bəyannaməsi hər iki ölkənin parlamentləri və dövlət başçıları tərəfindən təsdiqlənib”.
Bu sözləri Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Ednews-a açıqlamasında deyib. O, bildirib ki, 1991-ci ildə SSRİ dağılanda və müstəqilliyini elan edəndə Azərbaycan bir çox problemlərlə üzləşib.
“Bunlardan ən mühümü Ermənistanla Qarabağ münaqişəsi idi. Sovet problemi olan Qarabağ problemi əvvəlcə münaqişəyə, sonra isə müharibəyə çevrildi. Sovet coğrafiyasında Rusiya Federasiyasının təsirini saxlamaq üçün strateji nöqtələrdəki problemləri qızışdıraraq bu problemlərlə bölgədə qalmaq istəyirdi. Azərbaycanın 7 rayonunun işğalı ilə davam edən və Qarabağ problemi adlandırılan məsələ indi də davam edir. Sentyabrın 27-də başlayıb noyabrın 10-da başa çatan 44 günlük Vətən müharibə nəticəsində Azərbaycan erməni işğalı altında olan 7 rayonu və  Şuşa işğaldan azad edib”.
Politoloqun sözlərinə görə, “Şuşa Bəyannaməsi” imzalandıqdan bir neçə il sonra iki ölkənin üzvləri tərəfindən ratifikasiya edilib və qüvvəyə minib.
“Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü və mümkün təhlükələrə qarşı dövlətin varlığını qorumaq məqsədilə hərtərəfli saziş mətni imzalandı. Türkiyə-Azərbaycan münasibətləri baxımından son dərəcə əhəmiyyətli olan bu mətn qanuni olduğu halda, Azərbaycanı xeyli gücləndirdi”.
Hasan Oktay sazişizin parlament tərəfindən imzalandıqdan 9 gün sonra Rusiya ilə Azərbaycan arasında Moskva bəyannaməsi imzalandığını vurğulayıb:
“İki bəyannamə müqayisə edildikdə bir-birini tamamlayan, eyni zamanda bir-birinə zidd olan maddələrin olduğu görünür. Moskva bəyannaməsi Şuşa Bəyannaməsinin nə qədər mühüm və strateji əhəmiyyət daşıdığını anlamaq baxımından son dərəcə əhəmiyyətlidir. Şuşa Bəyannaməsi Türkiyənin qətiyyətini nümayiş etdirməklə hər şəraitdə Azərbaycanın yanında olduğunu göstərmək üçün beynəlxalq hüquqi mətnə çevrildi. Azərbaycanın 1995-ci ildə başladığı ikinci müstəqillik mübarizəsi bütün çətinliklərə baxmayaraq davam edir. Türkiyə bu mübarizədə hər zaman Azərbaycanın yanında olub. Bu, Ərdoğanın Bakıya son səfərində açıq şəkildə ifadə olundu”.
Aysel Şahmar
https://ednews.net/az/news/politics/601455-susa-beyannamesinin-imzalanmasindan-otur-qardasligin

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir