KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Əliyev: Rusiyanın müdaxiləsi Qarabag probleminin siyasi həllini yubadır

Kamal Əliyev: Rusiyanın müdaxiləsi Qarabag probleminin siyasi həllini yubadır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
135 0

Açıq etirafdə fayda var ki,Moskva Azərbaycan və Ermənistan arasında davam edən Qarabag müzakirələrinin müsbət sonluqla nəticələnməsinin qarşısını alır.Son dəfə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşlərin nəticəsizliyi də göz qabagındadır.
Əlbəttə,biz ona da əmin deyilik ki,Ermənistanın baş naziri Nikol Paşinyan Qarabagda sülhün bərqərar olması üçün əldən-ayaqdan gedir.Paşinyanın hədəfi aydındır:o,problemin yekun həllini maksimum uzadır.Diqqətlə fikir versək görərik ki,bu gün faktiki olaraq,Qarabag problemi ətrafında “nə sülh,nə müharibə”vəziyyəti mövcuddur.
Bununla yanaşı,Azərbaycan tərəfi problemin həlli istiqamətində tələsir və vaxtaşırı bəyan edir ki,lazım gələrsə Qarabagdakı ermənilərə qarşı anti-terror əməliyyatı keçirə bilər.Hələ ki,Əliyev hökuməti soft power(yumuşaq güc)amilini irəli sürür.Yəni,Qarabag erməniləri Bakının təklif etdiyi reinteqrasiya kursuna sadiq olmalıdırlar.Görünən isə budur ki,separatçılar Bakının təklif etdiyi reinteqrasiya kursuna könülsüz münasibət bəsləyirlər.Baxmayaraq ki,Qərb(xüsusilə,ABŞ)Qarabag ermənilərinin Azərbaycanın tərkibində yaşamasına müsbət yanaşır,ancaq ortada Rusiya faktoru var.Bu,o deməkdir ki,Rusiya Qərbin Qarabag erməniləri ilə əlaqədar siyasətini qəbul etməyəcək.Üstəlik,Moskva Bakının etnik ermənilərə təklif etdiyi reinteqrasiyanı da Cənubi Qafqazdakı geopolitik çıxarları üçün təhdid görür.Hətta belə nəticəyə gəlmək olar ki,Qarabagdakı ermənilər Moskvanın əlindəki siyasi girovdurlar və Kreml bu “üstünlüyü”heç kimə güzəştə getmək istəmir.
Belə mülahizə irəli sürmək mümkündür ki,Rusiya nə qədər ki,Qarabag ərazisindədir,o halda konkret sülh razılaşmasından bəhs etmək mümkünsüz olacaq.Bu baxımdan,son Vaşinqton görüşünün də nəticəsiz keçdiyini demək olar.İndi qarşıdan gəlın oktyabr ayında İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin sammiti keçiriləcək.Məlum sammitdə Aİ Şurasının rəhbəri Şarl Mişel Əliyev və Paşinyanla görüşəcək.Dogrudur,Qərb platformasında keçirilən görüşlərdə müəyyən proqres müşahidə olunur,lakin son sözü Ermənistan hökuməti və rus sülhməramlılarının nəzarətində olan Qarabag erməniləri deməlidir.Paşinyan bir addım irəli,iki addım geri,Xankəndidəki separatçılar isə Rusiyanın sözündən çıxmırlar.Beləliklə,silsilə görüşlərin(Praqa,Brüssel,Vaşinqton,Kişinau) keçirilməsinə baxmayaraq,yekun sülh müqaviləsi imzalanmır.Ortaya sual çıxır:Azərbaycan yaxın vaxtlarda Qarabagda genişmiqyaslı anti-terror əməliyytatı keçirməyə qərar verə bilərmi?

Bakıya qarşı sanksiyalar işə düşə bilərmi?

Bu,o qədər də asan qərar olmayacaq.Bu mövzuya növbəti məqalədə toxunacam.

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir