KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Əliyev: Blinkenin zəngi Əliyevi geri addım atdırarmı?

Kamal Əliyev: Blinkenin zəngi Əliyevi geri addım atdırarmı?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
108 0

ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışıgında deyib ki,Vaşinqton Bakı və İravan arasındakı sülh danışıqları üzrə müzakirələrə dəstək göstərir.O,eyni zamanda Laçın dövlət sərhədindən buraxılış məntəqəsi və digər alternativ yollar vasitəsilə keçidin əhəmiyyətinə,danışıqlardakı müsbət dinamikanın saxlanılmasının vacibliyinə toxunub.
Azərbaycan prezidenti İlham Əliyev də növbəsində bildirib ki,Ermənistan müntəzəm şəkildə pozucu fəaliyyət göstərir,sülh danışıqlarına,eləcə də Azərbaycan və erməni sakinlər arasında təmasların inkişafına əngəl törədir.
Belə görünür ki,Laçın dəhlizindəki vəziyyət,İravandan göndərilən 19 tır və 400 tonluq ərzaqın Xankəndidəki ermənilərə hələ çatmaması istiqamətində ABŞ-nin mövqeyi Avropa İttifaqı ilə eynidir.Baxmayaraq ki,Avropa İttifaqı Əliyev və Paşinyan görüşündən sonra bəyan etmişdi ki,Qarabag ermənilərinə humanitar yüklər Bakının təklif etdiyi Agdam-Xankəndi yoluyla çatdırıla bilər,ancaq ittifaqın xarici məsələlər üzrə rəhbəri Cozef Borrel dedi ki,təqdim olunan marşurut Laçın dəhlizini əvəz edə bilməz,ona alternativ olmamalıdır.Proqnoz etmək çətin deyil ki,Blinken Əliyevlə telefon danışıgında da Laçın koridorunun humanitar yüklər üçün açılmasını xahiş edib.Buna rəgmən,Rəsmi Bakı onun da fərqindədir ki,bu istiqamətdə hər hansı güzəşt həm Qarabag ermənilərinə təklif edilən reinteqrasiya kursuna xəlil gətirir,həm də masada Azərbaycanın əlini nisbətən zəiflədir.Bu baxımdan,Bakı hazırda ona qarşı edilən təzyiqləri netrallaşdırmaga səy göstərir.
Bildiyiniz kimi,İravanda akreditasiyadan keçmiş 19 ölkənin diplomatı,Aİ Müşahudə Şurasının rəhbəri Markus Ritter də sərhədin Laçın dəhlizinin qarşı tərəfindən prosesi müşahidə edirdi.Maraqlıdır ki,Gürcüstanın deyil,Ukrayna səfirliyinin əməkdaşı da diplomatların arasında olub.Konkret Laçın dəhlizindəki situasiyaya gəlincə,Bakı böyük ehtimalla geri çəkilməyəcək və beynəlxalq hüququn normalarına uygun olaraq,sonda humanitar yüklərin Agdam vasitəsilə Xankəndiyə daşınmasına nail olacaq.
Şübhəsiz ki,faktiki olaraq Lsçın dəhlizində vəziyyət gərgindir,digər yandan da,erməni diasporu kifayət qədər fəallaşıb.Azərbaycanın da geriyə çəkiləcək limiti yoxdur və bütün siyasi təzyiqlərə rəgmən,İrəvandan göndərilən tırları Laçın dəhlizi vasitəsilə buraxmamaqda dirənəcək.

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir