KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Əliyev :Əliyev Ərdoganın Şuşada konsulluq təklifinə tərəddütlü yanaşır

Kamal Əliyev :Əliyev Ərdoganın Şuşada konsulluq təklifinə tərəddütlü yanaşır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
202 0

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoganın Azərbaycana səfəri başa çatdı.Şübhəsiz ki,türk prezidentin səfəri və bu əsnada söylədikləri maraqlı idi.
Əvvəlcə ondan yola çıxaq ki,qarşıdakı beş ildə də Azərbaycan-Türkiyə münasibətləri daha da genişlınəcək,inkişaf edəcək.Eyni zamanda,iki ölkə arasında hərbi-siyasi,iqtisadi münasibətlər daha da dərinləşəcək.Xüsusilə,Zəngəzur dəhlizi məsələsində Ankaranın təlısdiyini görmək mümkündür.Azərbaycan prezidenti İlham Əliyev də türkiyəli həmkarı ilə keçirdiyi görüşdə də Zəngəzur dəhlizinin mütləq reallaşdırılacagını açıq şəkildə bəyan etdi.Bilinən reallıq budur ki,Zəngəzur dəhlizinin geoiqtisadi mahiyyəti Bakı və Ankara üçün olduqca vacibdir.Əslində,Zəngızur koridoru Rusiya üçün də vacibdir və bu,Ərdoganın təklif etdiyi “3+3″layihəsinin tərkib elementidir.
Bununla yanaşı,Türkiyə prezidentinin Şuşada konsulluq açmaga hazır olduqlarını bəyan etməsi düşünürəm ki,ən önəmli mövzulardan biridir.Yeri gəlmişkən,iki il əvvəl də Türkiyə hökuməti Şuşada konsulluq açmaq istəyini bəyan etmişdi.Ərdoganın növbəti dəfə ölkəsinin Şuşada konsulluq açmaga hazır oldugunu deməsi zənnimcə Əliyevi bir az ehtiyyatlı davranmaga sövq edəcək.Halbuki,Şuşada konsulluq ideyası Türkiyə və Azərbaycan arasında 2021-ci ilin iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsinin vacib həlqədir.Türkiyə prezidenti necə deyərlər,Şuşada konsulluq açmaga hazır oldugunu deməsi futbol termini ilə desək,topu Azərbaycana sahəsinə atmaqdır.
Üstəlik,R.T.Ərdogan onu da vurguladı ki,Şuşada konsulluq Ermənistana və dünyaya mesajdır.Görünən budur ki,Əliyev Şuşada konsulluq məsələsində ya tərəddütlüdür,ya da daha həssas davranacaq.Mümkün variant budur ki,İlham Əliyev Türkiyənin Şuşada konsulluq açmasına Rusiyanın hansı reaksiya göstərəcəyini bilmək istəyir.Təxmin etmək olar ki,Moskva Türkiyənin Şuşada konsulluq açmasına o qədər də isti yanaşmır.Lakin bir detalı da unutmamalıyıq ki,iki il bundan əvvəl Şuşa Bəyannaməsi imzalananda da,Rusiya bundan məmnun olmamışdı.Buna rəgmən,Şuşa Bəyannaməsi imzalandı və hazırda qüvvədədir.
Əlbəttə ki,Şuşa Bəyannaməsi ilə yanaşı konsulluq ideyası da Azərbaycana verilmiş təhlükəsizlik zəmanəti ola bilər.Bu,eyni zamanda,Ankaranın Cənubi Qafqazda geopolitik maraqları ilə də üst-üstə düşür.Şuşa azərbaycanlılar üçün bir simvoldur və bu şəhərdə Türkiyənin siyasi-diplomatik mövcudiyyəti Azərbaycanın maraqlarına tam cavab verir.Bu npqteyi-nəzərdən,Rusiyanın,İranın hansı mövqe sərgiləmısinə baxmayaraq,Şuşada Türkiyənin konsulluq xidməti fəaliyyətə başlamalıdır.Ümid edirəm ki,bu ilin sonuna qədər Şuşada-Azərbaycanın mədəniyyət mərkəzində Türkiyənin konsullugunu görəcəyik.Ona görə də,Azərbaycan iqtidarı Türkiyənin Şuşada konsulluq açmaq təklifinə tərəddütlü yanaşmamalı və dövlətin,xalqın maraqlarını nəzərə almaqla,gərəkli siyasi iradəni nümayiş etdirməlidir.

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir