KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Əliyev: Rusiyanın Qarabag için “14 maddəlik”plan separatizmi körükləyir

Kamal Əliyev: Rusiyanın Qarabag için “14 maddəlik”plan separatizmi körükləyir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
212 0

Rusiyanın Qarabag probleminin həlli üçün təklif etdiyi yeni “14 maddəlik”plan separatizmi körükləyir

Rusiya Qarabag probleminin siyasi həllini ehtiva edın”Lavrov planı”adlanan sənıdi Xankəndidəki separatçıların nümayəndəsi Tiqran Petrosyana təqdim edib.
Yuxarıda da vurgulandıgı kimi “Lavriv planı”14 punktdan ibarətdir və faktiki olaraq,problemin yekun həllini deyil,onun dondurulmasını ehtiva edir.
Təbii ki,bəzi maddələr də göstərildiyi kimi,Qarabagdakı etnik ermənilərinin əmlakı qorunmalıdır,onlara qarşı linqivistik,dini diskriminasiyaya yol verilməməlidir.
Dogrudur,Rusiyanın təqdim etdiyi sənəddə Qarabagdakı erməni əhalisinin təhlükəsizliyi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təmin edilməsi göstərilsə də,paketin bütövlükdə ruhu separatizmin stimullaşdırılmasına hesablanıb.
Belə ki,13-cü bənddə göstərilir ki,erməni diasporunun nümayəndələri istədikləri vaxt Qarabaga daxil ola bilərlər.Bu,o deməkdir ki,bütün fəaliyyətini “erməni soyqrımı”,”Artsax”mövzuları üzərində quran diaspor Qarabagda indi də olmasa,gələcəkdə separatizmi körükləyə bilərlər.
14-cü maddəyə gəlincə,bu kontekstdə erməni əhalisinə kənardan iqtisadi və humanitar yardıma imkan yaradılır.
Rusiyanın təklif etdiyi 14 maddəlik sənədin son üç punktu separatizmin mənbəyini qurutmur,əksinə prisesi dondurur.Eyni zamanda,Kremlin təklif etdiyi sənədə əsasən,Rusiyanın Qarabagdakı sülhməramlı kontingenti “zəmanətçi”kimi bölgədə qalmaq hüququ qazanır.
Düşünülə bilər ki,Moskva əvvəlki siyasi ritorikasına korrektələr edib və nisbətən yumuşalıq.Əslində,bu,yumuşalma yox,daha çox hiyləgər plan xarakteri daşıyır.Hətta belə demək mümkünsə,Rusiya Azərbaycana “Donbas variantı”nı təqdim edir.
Digər tərəfdən,Kremlin təklif etdiyi Qarabagdakı ermənilərin milli kimliyinin,tarixi-mədəni irsinin,əmlak vı torpaq sahələrinin qorunması kimi maddələr Bakı tərəfindən də məqbul hesab edilir.
Bundan əlavə,11-ci maddədə göstərilir ki,dövlət və özəl təhsil müəssisələrində erməni dilində məktəbəqədər,ibtidai,orta,ali təhsil almaq hüququ olmalıdır.Şübhəsiz ki,Azərbaycan ərazisindəki bütün etnik xalqların öz dilində təhsil halmaq hüququ tanınmalıdır.Lakin Moskvanın təklif etdiyi sənəddə Azərbaycanda erməni dilinin də rəsmi səviyyədi ikinci dil kimi tanınması görsənir.
Nəticə olaraq,Azərbaycan tərəfinin bu sənədi qəbul edəcəyi o qədər də asan görünmür.
Bakı BMT TŞ-nin son iclasından sonra əsas diqqəti anti-terror əməliyyatlarına yönəldə bilər.Mümkündür ki,Azərbaycan Qarabagdakı separatçı rejimə qarşı təzyiqlərini daha da artıracaq.Belə olan halda,Rusiyanın təklif etdiyi yeni “Lavrov planının”yekun həll variantl olacagı ciddi görünmür.

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir