KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Ukrayna ilə Rusiya arasında müharibə?: Zelenski kimə və ya nəyə güvənir?

Kənan Novruzov: Ukrayna ilə Rusiya arasında müharibə?: Zelenski kimə və ya nəyə güvənir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
354 0

“Ukraynanın müttəfiqləri Krımın Rusiya ilə birləşməsinə kömək edənləri sıxışdırmağa başlamaq qərarına gəliblər”. – Bu sözləri “Krım respublikanın daimi nümayəndəliyinin beynəlxalq hüquq məsələləri üzrə işçi qrupunun rəhbəri” Aleksandr Moloxov deyib. Onun sözlərinə görə, Baltikyanı ölkələr, həmçinin Çexiya, Polşa və Skandinaviya bu barədə razılıq əldə ediblər.
Maraqlıdır ki, bu günlərdə Ukrayna dövlət başçısı Vladimir Zelenski Rusiya ilə müharibənin gözlənildiyini və belə bir hadisənin Moskvanın səhvi olacağını demişdi. Zelenski çox ciddi və cəsarətli bəyanat səsləndirib. Bunun təsadüfi olduğuna inanmıram. Doğrudur, ABŞ Ukraynaya tam dəstək vermir. Amma fikrimcə, Kiyev müəyyən siqnallar alıb. Şübhəsiz, Rusiya ilə təkbaşına müharibə aparmaq Ukrayna üçün məğlubiyyət deməkdir. Başının Cənubi Qafqaza, Mərkəzi Asiyaya qarışdığı bir vaxtda “ağrımayan başına duz sarımaq” isə Kremlin özünə də sərf etmir.
Qərb Rusiya ilə açıq müharibəyə girmək istəsə, Ukraynaya hərtərəfli dəstək göstərər, onu NATO üzvü edərdi. Görünür, potensial savaş Qərb üçün arzuolunan deyil. Fəqət, Avropa ilə Rusiyanın bir-birilərinin “mehriban düşmən” i olduğu məlumdur. “Səhnədə” o bunun, bu da onun üzünə gülür, “kulisdə” isə…Əlbəttə, Qərb Rusiyanın bir çox bölgələrdə, o cümlədən Cənubi Qafqazda təsirinin zəifləməsində maraqlıdır. Ola bilsin, həm də Talibanın Əfqanıstanda hakimiyyətə gəlməyindən və Rusiya üçün real təhlükə olduğundan istifadə edən Qərb Ukraynanın “əli ilə” Rusiyanı zəiflətmək niyyətindədir. Bu məqsədlə Kiyevə müəyyən vədlərin verilməsi də istisna deyil.
Zelenskinin Türkiyə ilə əlaqələrinə arxayın olmağı da mümkündür. Lakin Ankara Kiyevə görə Moskva ilə münasibətlərini pisləşdirməz. Ən yaxşı halda Rusiyaya müəyyən mənada diplomatik təzyiqlər göstərilə bilər.
Bütün hallarda tərəflər arasında yaxın zamanda genişmiqyaslı hərbi əməliyyatların başlanacağı real deyil. Lakin hər ötən gün müharibəni daha da yaxınlaşdırır. Ukraynanın səbr kasası daşır, hərbi cəhətdən güclənir, Rusiya zəifləyir. Mütləq, tez-gec haqq savaşı baş verəcək, tarix ədalətin himayəçisi olduğunu bir daha göstərəcək.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir