KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Rusiyanın Əfqanıstandakı Taliban hökuməti ilə bağlı narahatlığı getdikcə artmaqdadı

Kənan Novruzov: Rusiyanın Əfqanıstandakı Taliban hökuməti ilə bağlı narahatlığı getdikcə artmaqdadı

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
301 0

Planetin “Taliban xəmiri”
Rusiyanın Əfqanıstandakı Taliban hökuməti ilə bağlı narahatlığı getdikcə artmaqdadır. Rusiya rəsmiləri xeyli silah- sursatı Əfqanıstanda qoyub çıxdığına görə ABŞ- ı tənqid ediblər. Əlbəttə, radikal qruplaşmanın haradan idarə olunduğu Kremlə sirr deyil. O da məlumdur ki, Vaşinqton Əfqanıstandan çıxmaqla Moskva üçün “saatlı bomba” hazırlayıb. Əfqanıstan və Tacikistan arasındakı gərginlik isə Rusiya üçün ümumiyyətlə arzuolunan deyil. Çünki o, KTMT- nin nizamnaməsinə uyğun olaraq müttəfiqlərdən birinə təhdid yarandığı halda proseslərə müdaxilə etməlidir. Tacikistanla gərginliyin süni və məqsədli şəkildə yaradılması istisna deyil. Ola bilsin, “dirijor” ABŞ- dır. Onun bu yolla şimal qonşumuzu müharibəyə çəkmək istəməsi mümkündür. Doğrudur, bu ehtimal azdır, lakin Rusiyanın gələcəkdə Əfqanıstana müdaxilə zamanı özünü bəraət qazandırması naminə “suları bulandırması” da utopik deyil.
Bu günlərdə Rusiya rəsmiləri MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüş (XVİİ iclas) keçirib. İclasda Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Əfqanıstanda fəaliyyət göstərən terrorçulara hərbi təminatın qarşısı alınmalıdır. O, mövcud narahatlığı açıq- aşkar dilə gətirib: “Ölkədə humanitar vəziyyətin daha da pisləşməsinə icazə verməməliyik. Çünki bu, Mərkəzi Asiya istiqamətində miqrasiya axınının artmasına səbəb ola bilər”.
Rusiyanın xarici kəşfiyyat xidmətinin direktoru Sergey Narışkin isə bildirib ki, MDB ölkələrinin kəşfiyyat orqanları Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Talibanın hərəkətlərini yaxından izləyir. “Vəziyyət ciddidir və Əfqanıstan ərazisindən gələn terror təhlükəsi daha da artıb. Xüsusi xidmətlər, hərbçilər bir sıra təhdidlərdən qorunmaq üçün qabaqlayıcı tədbirlər görürlər”.- deyə, o, əlavə edib.
Əlbəttə, bu, həm KTMT ölkələrinə, o cümlədən Tacikistana, həm də ABŞ- a mesajdır. Rusiya müttəfiqlərinin nəzərinə çatdırır ki, narahat olmayın, baş verənlər nəzarərimiz altındadır. ABŞ- a göndərilən ismarıc belə başa düşülməlidir: sərhədlərim və müttəfiqlərim üçün təhlükə yaranmasın!
Bu arada Putinin sözçüsü Dmitri Peskovun oktyabrın 22-23- də KTMT ölkələrinin Tacikistanda hərbi təlimlər keçirməsi ilə bağlı açıqlaması isə xüsusi diqqət çəkir. Əlbəttə, bu, təsadüfi verilən qərar deyil. Moskva Talibana demək istəyir ki, mənimlə hesablaşmalısan.
Məlumata görə, müvəqqəti hökumətin xarici işlər naziri gələn həftə Moskvaya gedəcək. Çox güman, Rusiya xarici işlər naziri Sergey Lavrov Talibanın gələcək fəaliyyəti barədə mövqeyini həmkarına çatdıracaq və onu gələcəklə bağlı təlimatlandıracaq. Ən azından buna çalışacaq.
Şübhəsiz, Türkiyənin də Talibanla bağlı başqa planları var.
Beləliklə, Taliban planetin “çox su aparacaq xəmirinə” çevirilib. Bu “xəmirdən” nəyin alınacağı isə hələlik məlum deyil.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir