KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Rusiya “yoxam” deyir, Türkiyə isə… “Taxıl sazişi”nin taleyi necə olacaq?

Kənan Novruzov: Rusiya “yoxam” deyir, Türkiyə isə… “Taxıl sazişi”nin taleyi necə olacaq?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
151 0

Rusiya KİV-inin yazdığına görə, “Taxıl sazişi”nin müddəti Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra uzadıla bilər. Qeyd edilib ki, hazırda bu məsələ ilə bağlı optimizm yoxdur. Rəsmi Moskva indiki şəraitdə sazişin uzadılmasının mümkünsüzlüyünü vurğulayıb. Ukrayna da razılaşmanın müddətinin uzadılmasının şərtlərinin dəyişdirilməsinə qarşı çıxıb.
Məlumata görə, hazırkı mürəkkəb vəziyyəti Türkiyə və Rusiya prezidentlərinin danışığı dəyişə bilər. Bu, yaranmış şərait üçün yeganə ümid mənbəyi sayılır.
Məlum olduğu kimi, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Daha öncə iki dəfə 60 gün müddətində uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatacaq.
Rusiya rəsmiləri, o cümlədən xarici işlər naziri Sergey Lavrov bir neçə dəfə bildiriblər ki, Moskva “Taxıl sazişi”nin müddətinin uzadılmasına isti yanaşmır və buna ehtiyac görmür. Fikrimcə, bu konteksdə verilən açıqlamalar hər şeydən əvvəl təhdid xarakterlidir. Çünki sazişdən ayrılmaq əslində Rusiyanın özünə də sərf etmir. Belə olsa, Moskva özünün destruktiv mövqeyini açıq şəkildə nümayiş etdirmiş olacaq. İkinci bir tərəfdən isə bu addım həm də Ankara ilə münasibətlərin pozulması deməkdir. Çünki “Taxıl sazişi”nin təşəbbüskarı məhz Türkiyədir.
Zənnimcə, Türkiyə də razılığın müddətinin uzadılmamasının əleyhinədir. Çünki Ankara “Taxıl sazişi” ilə dünyadakı nüfuzunu daha da artıb. Yəni bu, həm də prestij məsələsidir.
Ərdoğanla Putinin nə vaxt, harada görüşəcəyi hələ ki, dəqiq məlum deyil. İlkin məlumata görə, görüş avqust ayında Türkiyədə olacaq. Hərçənd Putinin Türkiyəyə gedəcəyi ağlabatan görünmür. Çünki bir çox Qərb dövlətləri Putinlə bağlı həbs qərarı veriblər. Putinin Türkiyəyə səfəri Qərblə Ankara arasında münasibətlərə təsir edə bilər. Yəqin ki, görüş Rusiyada baş tutacaq.
Liderlərin görüşündə “Taxıl sazişi” məsələsinin müzakirə olunacağı istisna deyil. Hərçənd fikrimcə, ayın 17-ə kimi rəsmilər artıq müvafiq qərarı verəcəklər. Həmçinin qarşıdakı 1 həftə ərzində prezidentlər arasında telefon danışığının olması da mümkündür. Çünki dövlət başçılarının görüşü avqust ayına planlaşdırılır. Bu isə o deməkdir ki, ən azı 13 gün dünya ölkələrinə taxıl daşınmayacaq. Fikrimcə, Türkiyə belə bir böhranın qarşısını almağa çalışacaq.
Beləliklə, “Taxıl sazişi”nin müddətinin növbəti dəfə uzadılması gözlənilir.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir