KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: Rusiya Cənubi Qafqazla bağlı siyasətini dəyişib: maraqlarımız təmin oluna bilər

Kənan Novruzov: Rusiya Cənubi Qafqazla bağlı siyasətini dəyişib: maraqlarımız təmin oluna bilər

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
155 0

Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib ki, Moskva Bakı ilə İrəvan arasında sülh planının gələcək inkişafı üçün ilk növbədə iki ölkənin Xarici İşlər Nazirliklərinin (XİN) rəhbərləri səviyyəsində danışıqları təşkil etməyə hazırdır. Onun sözlərinə görə, gündəlikdə uzun müddətdir davam edən bu münaqişəyə nəhayət son qoymaq üçün sülh sazişinin hazırlanması məsələsi qalır: “Rusiya tərəfi təbii ki, bu məsələdə tərəfdaşlarımıza hər cür yardım göstərməyə hazırdır. Xüsusilə Moskvada, istənilən formatda danışıqların təşkilinə hazırıq”.
V.Putin qeyd edib ki, Rusiya danışıqların bu ölkələrin liderləri tərəfindən imzalanacaq sülh sazişi ilə yekunlaşmasına öz töhfəsini verəcək. O əlavə edib ki, seçim həmişə tərəflərin ixtiyarındadır və Moskva bu iş üçün lazımi şərait yaratmağa hazırdır.
Prezident bildirib ki, bütün bu müddət ərzində üçtərəfli formatda – Rusiya, Azərbaycan və Ermənistan formatında Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün ciddi iş aparılıb: “Rusiya sülhməramlıları isə səlahiyyətləri çərçivəsində Qarabağda öz missiyalarını vicdanla yerinə yetiriblər”.
Rusiya lideri çıxışında kifayət qədər mühüm mesajlar verib. Onun səsləndirdiyi fikirlər regiondakı baş verən son proseslər baxımından kifayət qədər əhəmiyyətlidir.
Moskva regionda yeni reallıqların yarandığını və bu reallıqların müəllifinin rəsmi Bakı olduğunu anlayır.
Əlbəttə, mümkün olduğu qədər regionda qalmağa çalışır. Rusiya bunun üçün əlindən gələni edir. Bunun əksini düşünmək sadəlövhlük olar. Kremlin asanlıqla bölgəden çıxmaq fikri yoxdur.
Cənubi Qafqazda yaranan yeni imkanlar Rusiyanı bu reallıqlara uyğun davranmağa məcbur edir.
Şimal qonşumuz başa düşür ki, ehtimal edilən sülh müqaviləsindən sonra daha sülhməramlılara ehtiyac qalmayacaq. Bu isə Moskvanın bölgədəki təsir gücünün azalması deməkdir. Amma Rusiya həm də Qərbin, o cümlədən Fransanın bölgəyə soxulmq cəhdlərini anlayır. Odur ki, təşəbbüskarlığını artırır. Rusiyanın iştirakı ilə üçtərəfli təmasların intensivləşməsi, yeni fürsətlərin ortaya çıxması, sülh müqaviləsi istiqamətində atılacaq addımlar, o cümlədən müqavilənin imzalanması kənar aktorların fəaliyyətini bloklayacaq. İndiki məqamda Rusiyaya lazım olan da məhz budur.
Yəni Moskva İrəvanla Bakı arasındakı sülh prosesinə əslində öz maraqları komteksinden yanaşır. Hərçənd bu özü belə bizim üçün yeni imkanların yaranması deməkdir.
Düşünürəm ki, nazirlər səviyyəsində üçtərəfli görüş təklifini qiymətləndirmək lazımdır. Xüsusilə indiki məqamda, yəni İrəvanla Moskva arasında “soyuq küləklərin” əsdiyi zamanda hansısa irəliləyişə nail ola bilərik.
Rusiya Cənubi Qafqazla bağlı siyasətini dəyişib. Daha doğrusu, reallıqlar olduğu kimi qəbul etməyə, imperialist ab – havadan çəkinməyə məcbur olub. Rəsmi Bakı bundan istifadə edərək maraqlarını təmin edə bilər.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir