KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Paşinyanın siyasi yolla devriləcək mi

Kənan Novruzov: Paşinyanın siyasi yolla devriləcək mi

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
128 0

Hay – hayla gələn Paşinyan vay – vayla gedir? – Həyatı təhlükədədir!

Ermənistanın müxalifət liderləri oktyabrın 5-I ölkənin hazırkı baş naziri Nikol Paşinyanın istefaya göndərilməli olduğu gün kimi elan ediblər.
Etiraz hərəkatının liderlərindən biri Andranik Tevanyanın sözlərinə görə, bütün qüvvələr birləşməlidir ki, oktyabrın 5-də Nikol Paşinyan istefaya göndərilsin.

Tevanyan, həmçinin qeyd edib ki, hökumət başçısının ölkə üçün yeni ölümcül sənədlər imzalamasının qarşısını almaq lazımdır.
Məlum olduğu kimi, bir neçə gündür Ermənistanda etiraz aksiyaları davam edir. Mitinq iştirakçıları Paşinyanı satqınlıqda ittiham edir, hökuməti istefaya göndərməyə çalışırlar.
Ölkədə gərgin mühit yaranıb. Etirazçılar israrlı görünür. Amma Paşinyanın istefaya göndəriləcəyinə inanmıram. Bunun bir sıra səbəbləri var.
Birincisi, aksiya iştirakçılarının sayı lazımi qədər deyil. Kütləvi həbslər nəticəsində onların sayı daha da azalır.
İkincisi, Qərb Paşinyanı qoruyur. Bir çox ekspertin iddia etdiyindən fərqli olaraq, hətta Rusiya da Ermənistandakı ehtimal edilən çevrilişi istəmir. Düzdür, Rusiya Paşinyanı cəzalandırır. Bu, aydındır. Amma ehtimal edilən hakimiyyət dəyişikliyi Moskvaya sərf etməyə də bilər. Çünki Rusiyanın proseslərə nəzarətini təmin edən və regiondakı mövcudluğunu əhəmiyyətli dərəcədə artıran üçtərəfli bəyannamə məhz Paşinyanla imzalanıb. Onun yerinə gələn siyasətçi bu sənəddən imtina edə bilər.
Üçüncüsü, xalq Paşinyanın alternativini görmür. Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan artıq “işlənmiş kartdırlar”. Necə deyərlər, onlardan kiməsə xeyir gəlməz. Əslində bu gün baş verənlərin günahkarı məhz Köçəryan və Sarkisyandır. Ermənistan ictimaiyyətinin xeyli hissəsi bunu başa düşür.
Dördüncüsü, Paşinyan ictimai rəylə işləməyi bilən siyasətçidir. O, manipulyasiyanı yaxşı bacarır. Təsadüfi deyil ki, baş nazirin kifayət qədər tərəfdarı var.
Beşincisi, Paşinyan hakimiyyətə küçədən gəlib. Küçələri yaxşı tanıyır, belə mitinqlərə bələddir. Ona görə də qorxmur.
Üstəgəl, əvvəllər də hakimiyyət əleyhinə etirazlar olub. Amma hamısı uğursuzluqla nəticələnib.
Yəqin ki, etirazçılar oktyabrın 5- nə qədər müqavimət göstərəcəklər. Müxalifət beləliklə, həm də öz qətiyyətini göstərməyə çalışacaq. İqtidar isə təbii ki, etirazların mümkün qədər tez yatırılması üçün bütün gücünü səfərbər edir.

Mitinqlərin nə ilə nəticələnəcəyi etirazçıların fəallığından çox, Qərb və Rusiyanın proseslərə münasibətindən asılıdır. Sözsüz ki, indiki həssas məqamda Paşinyan bəyanatlarında daha diqqətli olmalıdır.
Dediyim kimi, Paşinyanın siyasi yolla devriləcəyinə inanmıram. Amma bunu başa düşən etirazçılar, digər variantlara, o cümlədən terror aktına cəhd edə bilərlər. Etiraf etmək lazımdır ki, ermənilərin bu məsələdə kifayət qədər təcrübəsi var. Bu mənada qarşıdakı günlərdə baş nazirə hücumlar, o cümlədən sui- qəsd cəhdləri mümkündür.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir