KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Müxalifət Paşinyana “bata bilməyəcək”: Sülh müqaviləsi imzalanana qədər…

Kənan Novruzov: Müxalifət Paşinyana “bata bilməyəcək”: Sülh müqaviləsi imzalanana qədər…

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
178 0

Ermənistanda “Mənim şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan xalqı baş nazir Nikol Paşinyanı devirməyə çağırıb. O, müxalifətin “küçə döyüşləri”nə hazırlaşdığını bildirib.
Ancaq H.Mamicanyan təfərrüatları açıqlamayıb, sadəcə, vaxtın daraldığını vurğulayıb.
Müxalifət lideri xalqın birləşərək Paşinyanı devirə biləcəyinə əminliyini ifadə edib.
N. Paşinyanın Azərbaycanla ehtimal edilən sülh müqaviləsi, o cümlədən nəqliyyat-kommunikasita xətlərinin açılamasına dair səsləndirdiy loyal bəyanatlar ölkə daxilində mövcud iqtidar əleyhinə narazılığı artırmaqdadır.
H. Mamicyanın bəyanatı N. Paşinyanın parlamentin 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında çıxışından sonraya təsadüf etdi. Fikrimcə, bu, heç də təsadüf deyil. Belə ki, baş nazirin xüsusilə Şuşanın Azərbaycana aid olması ilə bağlı səsləndirdiyi fikirlər, həmçinin onun keçmiş hakimiyyəti tənqid etməsi daxildəki müxalifləri qıcıqlandırmaya bilməzdi.
Müxalifət başa düşür ki, belə davam etsə, Paşinyanı “dayandırmaq mümkün olmayacaq”. Onun haqqında tez- tez “satqın” ifadəsinin işlədilməsi də məhz bu kontekstdən qiymətləndirməlidir.
Sözsüz ki, Paşinyanın işi asan deyil. O, xarici təzyiqlərlə üz – üzədir. Bu azmış kimi, daxili təhlükə də aşağı deyil. Sülh müqaviləsi ehtimalı yaxınlaşdıqca daxildəki müxalif kəsimin fəallaşması gözləniləndir. Onlar sülh müqaviləsi imzalanmadan Paşinyanla “haqq- hesabı çürütmək” istəyirlər.
Əlbəttə, Paşinyanın hakimiyyətdən getməsi hazırda nə bizə, nə regiondakı digər “oyunçulara” sərf edir. Çünki bütün tərəflər prosesin bu və ya digər istiqamət üzrə davam etməsində maraqlıdır. Ehtimal edilən hakimiyyət dəyişikliyi isə indiyə qədər qət edilmiş məsafənin sıfırlanması deməkdir. Sülh müqaviləsi imzalanandan sonra isə Paşinyan kimsəyə lazım olmayacaq. Hökumət başçısı məhz buna arxayın olaraq prosesi uzatmağa çalışır.
Gələcəkdə Ermənistan hakimiyyətinə qarşı etirazların güclənməsi, o cümlədən aksiyaların başlanması mümkündür. Amma bunun Paşinyanın devrilməsi ilə nəticələnəcəyini düşünmürəm. Nəzərə almaq lazımdır ki, əvvəllər də Ermənistanda oxşar hadisələr olub, amma onlar nəticəsiz qalıb. Onu da unutmamalıyıq ki, Paşinyan məğlub olduğu halda yenidən baş nazir seçilən nadir siyasətçilərdəndir. Bu isə o deməkdir ki, mövcud iqtisadi dəstəkləyən xarici qüvvələr var.
Fikrimcə, bütün təzyiqlərə baxmayaraq, Pasinyan regiondakı əsas düyünlər açılana kimi hakimiyyətdə qalmağı bacaracaq.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir