KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Cemil Hasanlı: Söyüdlü camaatı nə istəyir?

Cemil Hasanlı: Söyüdlü camaatı nə istəyir?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
191 0

Gədəbəyin uca dağ kəndi olan Söyüdlüdə baş verənlər ölkədə hakimiyyətin, idarəçiliyin hansı acınacaqlı vəziyyətdə olduğunu bütün çılpaqlığı ilə göstərdi. Söyüdlü camaatı nə istəyir? Onlar qəfil ölüm təhlükəsi ilə üzləşmiş həyatlarını qorumaq uğrunda səslərini qaldırıblar. Hadisə yerindən verilən video materialların birində bir qadın dedi ki, son iki ayda Söyüdlüdə 15 gəlin ölüb. İndi kənardan Söyüdlüyə ancaq yasa gedirlər. 10 hektarlıq açıq zəhərli göl insanları məhv edir, indi camaatın örüş yeri hesabına 48 hektarlıq ikinci gölü qurmaq istəyirlər.

Uzun illər boyu uzunömürlülər məskəni kimi tanınan Söyüdlüdə niyə belə bir vəziyyət yaranıb? Bəla burasındadır ki, söyüdlülərin bədbəxtçiliyi qızıldan keçir. 2009-cu ildə bu qızıl istehsalı başlayan kimi Söyüdlü kəndi böyük fəlakətlərə düçar olub. Məcazi mənada desək Söyüdlü camaatı qızıl teştə qan qusurlar. Qızılaxtaranlar Söyüdlüyüə gəlib çıxan vaxtdan həyatları, təsərrüfatları, dolanışıqları, təbiətləri təhlükə altına düşüb. Günləri göy əskiyə düyünlənib.

Xatırlayırsınısa bu qızıl məsələsi vaxtı ilə Çovdar kəndinin də gününü qara etmişdi. Söyüdlüdə ağzın açan deyirdi ki, qızıl mədənləri Mehriban Əliyevaya məxsusdur. İcra başçısı mədənələrin əliyevlərə məxsus olduğun inkar etdi. Taksi sürücülərinin 3-5 manatına göz dikən hakim ailə qızılı ayrısına verərmi? Əlbəttə yox. Yaxın keçmişdə İlham Əliyev qızıl mədənlərini öz qızlarına verməsi haqqında jurnalist araşdırmaları fakt qoymuşdu ortaya. Hətta “Azadlıq” radiosu 2016-cı ilin aprel ayında “Əliyevlərin gizli qızıl imperiyası” adlı araşdırma hazırlamışdı. Bizim ölkədə Əliyevlərə məxsus olmayan bir şey yoxdur. Qədim Hindistanda barahmanlar kimi gözləri ilə gördükləri hər şey onlara məxsusdur.

Söyüdülü və digər qızıl mədənlərinin istismarı ilə bağlı adı hallanan Reza Vəziri kimdir? Reza Vəziri də, Javad Mərəndi də, Rob Sobhani də, Malatada çirkli pulların yuyulmasında iştirak edənlər də Əliyevlərin İranlı biznes ortaqları. Korrupsiya faktların araşdıran beynəlxalq jurnalist qrupunun araşdırmalarında bunların bəzilərinin adı “Azərbaycan Çamaşırxanası”ndan çıxdı və məlum olldu ki, onların bəziləri həm də hakim ailənin “etibarlı” korrupsiya ortağıdır. Nə isə. Söyüdlülərin başına bəla olan “Anglo Asian Mining plc” qızıl şirkəti məsələnin görünən tərəfidir. Əliyevlərlə bağlı olmayan şirkət ölkədə bu qədər rahat işləyə bilməz. Adında “Anglo Asian” təmtəraqlı ifadəsi olsa da mahiyyəti “Əlipaşayevlərdir”!

Məsələnin acınacaqlı tərəfi odur ki, birinci vitse-prezidenti qadın olan ölkədə Söyüdlüdə iki ayda 15 gəlin qızıl istehsalının fəsadlarından həyatın itirir və buna etiraz edən kəndin yaşlı qadınlarının üzərinə daxili qoşunları, çevik polis alayını göndərirlər. Məcazi mənada desək Əliyevlərin Vəzirinin vasitəçiliyi ilə Söyüdlü qızıl (və digərlərindən də) mədənlərindən qazandığı qızılın hər qramından qan qoxusu gəlir. Çünki Söyüdlüdə (və digər yerlərdə) digər qızıl mədənlərində bunlar qızılı dünyada artıq çoxdan qadağan olunmuş üsullarla çıxarırlar. İcra başçısı deyir ki, sianid turşusu ziyanlı deyil. Halbuki Afrika ölkələrində belə qızıl və mis mədənlərində istehsal müasir texonoloju və təmizləyicu qurğular vasitəsi ilə həyata keçirilir. Söyüdlüdə isə ekoloji təhlükəsizlik qaydaları nəzərə alınmır. Çünki müasir avadanlığın alınmasına pul xərcləmək lazımdır. Bunlar isə iki ayda 15 gəlinin ölümü hesabına Söyüdlüdə qızıl çıxarırlar.

Söyüdlü əhli buna etiraz edir. Çammatı dinləmək, dərdinə çarə qılmaq əvəzinə üzərlərinə polis göndərirlər, qadınların gözlərinə bibər qazı sıxırlar, yaşlı qadının kürəyində dəyənək sındırırlar, 200 manat pensiya alanı 1500 manat cərimə edirlər, 10 nəfəri sutkalığa soxurlar, kəndin giriş çıxışında post qoyurlar. Əvvəlcə dedilər Baydenin işidir. Çox gülməli çıxdı. Söyüdlü və Bayden! Sonra dedilər Rusiyanın işidir. Üzürü günahından betər oldu. Axırda Yeni Müsavat yeni versiya verdi. Yenə Salah Rüstəmli, Sezgin Rüstəmli, Nazim Bəydəmirli və başqaları. Konstitusyon qurluşu dəyişməyin bütün yolları Əli Kərimliyə gəlib dirəndiyi kimi yəqin Söyüdlü də burada istisna olmayacaq. Bir başqası plakat hazırlanmasında kriminal axtarır. Azərbaycan dövlətinin əleyhinə, qanunlara zidd nə var o plakatlarda. Camaat öz haqqın tələb edir, haray salır ki, biz qırılıb əldən gedirik. Qanuna zidd bir şey varmı? Onların harada nəşr olunması hansı hüquqi məsuliyyət doğurur? Söyüdlü Azərbaycan elminə ən çox alim verən kənddir. Yalnız bir ailədən bir akademik, 4 professor 3 elmlər namizədi çıxıb. Niyə plakatı özləri hazırlaya bilməzlər. Yəni hər şey ona yönəlib ki, Söyüdlülür narazı deyil, onları kənardan yönəldirlər.

Baş nazir vəziyyəti öyrənmək üçün komissiya düzəltdi. Hamısı nazir və nazir müavinlərindən ibarət. Mətbuatın nümayəndəsi yox, ictimaiyyətin nümayəndəsi yox, ekoloji QHT-lərin nümayəndəsi yox. Açıq havada sianid turşusu və kimyəvi qarışıqlar ağır ekoloji fəlakət yaradıb. Tək flora və faunaya qarşı yox yox, həm də insanlar həyatın itirir. İki ayda 15 gəlinin həyatın itirməsi nə deməkdir? Polisin döydüyü bir qadın dedi ki, rayon mərkəzinə həkimə aparıblar onu. Həkim soruşanda kim nə olub sənə. Qadın deyəndə ki, polis döyüb. Həkim deyib yox-yox amandı mən yardım göstərə bilmərəm. Budu Söyüdlünün dərdi. Faciə bundadır.
Cemil Hasanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir