KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Aqşin Kərimov: Qərb topu Rusiyanın meydanına atdı: Barıt qoxusu çəkilmir

Aqşin Kərimov: Qərb topu Rusiyanın meydanına atdı: Barıt qoxusu çəkilmir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
297 0

Qərb-Rusiya qarşıdurması Ukraynanın başı üzərində yaratdığı qara buludları daha da qatılaşdırır, hərçənd ki, NATO Kremlin təhlükəsizlik konsepsiyasına dair tələblərinə cavab verdiyini açıqlayıb.

Ancaq bu cavabın münaqişənin müharibə həddinə çatmasını ən azından qısa müddətə təxirə salınmasından başqa bir işə yaradığı şübhə yaradır.

Elə Qərb hərbi-siyasi kuluarlarından verilən bəyanatlar da, Kremlin əsas tələbininnin NATO-nun filtrindən keçmədiyini göstərir.

ABŞ dövlət katibi Entoni Blinken və NATO baş katibi Yens Stoltenberq çəkici eyni nöqtəyə döyərək Moskva üzərində inadkarlıq nümayiş etdirirlər: Biz Ukraynanın NATO-ya üzvlüyünün qarşısını almaq üçün Moskvadan verilən tələbləri rədd edirik.

Bununla belə, düşünmək üçün məntiqi əsaslar var ki, diplomatik təmaslar nəticəsində Rusiyanın öz təhlükəsizliyinə dair NATO-dan zəmanət istəyən hədəqarışıq layihəsinin hansısa bəndləri razılaşdırılıb.

Qərb və Rusiyanın Kremlə ünvanlanan cavabın məzmununu açıqlamaması isə bu versiyanı aktual edir ki, tərəflər növbəti oyun qaydaları qurublar.

İndi qalır yeni qurulan “şahmat taxtasında” hansı dövlətin hansı damada yer alması məsələsi.

Düşünmək çətin deyil ki, Qərb-Rusiya hibrid müharibəsinin real döyüş səviyyəsinə çatması başqa ölkələrdə gerçəkləşə bilər.
İstənilən halda, öləzimiş olsa da, ümid qalır ki, siyasi-diplomatik intensivlik Ukraynanı müharibə meydanına çevirməyəcək.
Bu arada, qarşılıqlı hədələr tonunun üstünlük təşkil etdiyi bəyanatlar bir məsələnin də effektiv nəticələr hasil etməyəcəyini ortaya qoyur: Qərbin Moskvanı diz çökdürmək üçün sanksiyalar arqumenti hərbi qarşıdurma ehtimalını nəinki azaldır, əksinə daha da güclü hala gətirir.

Niyə? Birincisi, ona görə ki, Rusiyanın bu sanksiyalara qarşı kontur tədbirləri mövcuddur.

İkincisi, sanksiyalar beynəlxalq maliyyə-iqtisadi sistemini müəyyən gəlirlərdən məhrum edir ki, bu, heç də Qərb şirkətlərinin də marağında deyil.

Üçüncüsü: Rusiyaya bu zamana qədər tətbiq edilən sanksiyaların işləmə mexanizmində yarımçıqlıq üstünük təşkil edib.

İndi sual budur: NATO-nun topu Rusiyanın meydançasına atması Kremlin gələcək addımlarındakı barıt qoxusunu aradan qaldıracaqmı?

Çətin ki, regionda “barıt çəlləyi” yoxa çıxsın, ona görə ki, NATO-nun təqdim etdiyi sənədin mahiyyətinə dair açıqlamalar əhəmiyyətli razılaşmanın əldə olunmadığını göstərir.

Aqşin Kərimov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir