KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Ermənistan Rusiyadan sonra İranla münasibətləri pozur

Kənan Novruzov: Ermənistan Rusiyadan sonra İranla münasibətləri pozur

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
16 0

Ermənistan Rusiyadan sonra İranla münasibətləri pozur: Qərb İrəvanın əli ilə regional təhlükəsizliyi zərbə vurur

İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “Əl-Məyadin” telekanalına müsahibəsində bildirib ki, Avropa İttifaqı, ABŞ və NATO-nun Cənubi Qafqazla bağlı son qərarı heç bir halda həyata keçməyəcək.

Onun sözlərinə görə, Cənubi Qafqaz İranın təhlükəsizlik zonasının mühüm bir hissəsi olduğu üçün Avropa İttifaqı, NATO və ABŞ-nin Brüsseldəki qərarı heç bir halda həyata keçirilməyəcək.

Müşavir ABŞ, Avropa İttifaqı, NATO və Ermənistanın iştirakı ilə aprelin 5-də Belçikanın Brüssel şəhərində keçirilən toplantıya münasibət bildirərək deyib ki, Avropa İttifaqı və ABŞ NATO çərçivəsində Brüsseldə toplaşaraq yeni qətnamə qəbul edib: “Cənubi Qafqaz regionuna yeni işğal və qeyri-qanuni müdaxilə planı hazırlayaraq dünyanın bu çox həssas bölgəsinə guya sülhü təşviq etmək məqsədilə müdaxilə etmək istədiklərini birbaşa bəyan ediblər”.

Ə.Vilayəti vurğulayıb ki, bu cür hərəkətlər dünyanın kritik bölgələrində gərginlik yaratmaqdan və məhv etmək bahasına hərbi mövcudluğa bəhanə axtarmaqdan başqa məqsədi yoxdur.

Sözügedən görüş həm Moskvanı, həm də Tehranı ciddi narahat edib. Hər iki dövlət başa düşür ki, bu, Ermənistanın əli ilə Qərbin regional daxil olmaq cəhdidir. Bu isə nə Rusiyanın, nə də İranın maraqlarına uyğundur.
Məsələ burasındadır ki, ABŞ və Avropa İttifaqı bütün imkanları ilə Cənubi Qafqazdakı təsirini gücləndirməyə çalışır. Bunun üçün regionun ən zəif bəndi olan Ermənistandan istifadə olunur. Rusiya və İran isə buna qarşıdırlar. Yeri gəlmişkən, bildirək ki, hazırda Brüssel və Vaşinqton eyni cəbhədə olsa da, gələcəkdə region uğrunda mübarizə fonunda onlar arasında fikir ayrılığının yaranması mümkündür.
Moskva ilə İrəvan arasında münasibətlər çoxdan pozulub. Buna səbəb Ermənistanın mövcud hakimiyyətinin Qərbpərəst siyasətidir. İndi isə İranla münasibətlərdə ziddiyyətlər yaranır. Çünki Ermənistan öz qonşularının və zaman- zaman “çətiri altına girdiyi” dövlətlərin təhlükəsizlik maraqlarını görməzdən gəlir.
Proseslər belə davam etməsi Tehranla İrəvan arasında münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər. Belə bir ssenari rəsmi Bakının maraqlarına uyğundur. Çünki İran müxtəlif vaxtlarda öz maraqları üçün Ermənistandan istifadə edib və dövləti silahlandırıb.
Eyni zamanda gələcəkdə Rusiya və İran arasında tərəfdaşlığın daha da güclənməsi mümkündür. Ola bilsin ki, onlar Qərbin Ermənistan vasitəsilə regionda “suları bulandırmaq” təhlükəsinə qarşı birlikdə mübarizə aparmaq qərarına gəlsinlər. Bu, Ermənistanın işini daha da çətinləşdirəcək.
Bundan başqa, Qərbin regiona müdaxiləsi Türkiyənin də maraqlarına uyğun deyil. Beləliklə, İrəvan faktiki olaraq regional əməkdaşlıq mühitindən məhrum olur və qonşuları ilə münasibəti pozur. ABŞ və Avropa İttifaqının da istədiyi elə budur: regional əməkdaşlığı zəiflədərək əraziyə müdaxilə etmək.
Amma davam edən proseslər ən çox Ermənistanın özünün ziyanınadır. Bu destrukriv ritorika İrəvana baha başa gələcək.
Kənan Novruzov, “Report” İA- nın əməkdaşı, siyasi şərhçi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir