KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: Diplomatiyamız inamlı olmalıdır: təzyiqlər arta bilər

Kənan Novruzov: Diplomatiyamız inamlı olmalıdır: təzyiqlər arta bilər

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
297 0

Dünəndən etibarən cəbhədə baş verən hadisələr əslində gözlənilirdi. Ermənistanın son günlər təkrarladığı təxribatlar və Ermənistan rəsmisinin “Bizim üçün sülh erası bitdi” bəyanatı bunu deməyə əsas verir. İkinci bir tərəfdən isə İrəvanla Tehran arasındakı münasibətlər Moskvanı qıcıqlandırmaya bilməzdi. Kreml mütləq Paşinyan administrasiyasını cəzalandırmaq istəyəcəkdi. İndi Ermənistanın kömək üçün Rusiyaya müraciətini nəzərə alsaq, deməliyik ki, şimal qonşumuz öz for- postu üzərindəki hegemonluğunu daha da gücləndirmək, İrəvanın ondan icasiz fəaliyyətinə imkan verməmək niyyətindədir.
İkinci bir tərəfdən, Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefon danışığında Qarabağdakı vasitəçiliyini xatırladıb. O, bildirib ki, Moskva Qarabağda vəziyyətin sabitləşməsi üçün addımlar atmağa davam edəcək. Bu, həm Fransaya “Regiona nəzarət mənim əlimdədir” xəbərdarlığı idisə, eyni zamanda Moskvanın bölgədəki mövcudluğunu “oyunçulara” xatırlatmaq idi. Şübhəsiz, Kremlin əsas məqsədi Cənubi Qafqazdakı mövcudluğunu möhkəmləndirməkdir. Bunun üçün Qarabağdakı sülhməramlıların sayının artırılması, həmçinin sərhədə rus hərbçilərinin yerləşdirilməsi məsələsinin gündəmə gəlməsi istisna deyil. Ehtimal var ki, Rusiya məhz bu məqsədlə, bilərəkdən çaxnaşma yaradır.
Baş verən proseslər, həmçinin ATƏT Minsk Qrupunun yenidən fəallaşmasına, Qərbin regiona gəlişinə də şərait yarada bilər. Lakin heç bir halda nə buna, nə də Rusiyanın planlarının baş tutmasına imkan verməməliyik. Cənubi Qafqaz kimlərinsə ambisiyalarına qurban getməməlidir. Bunun üçün isə diplomatiyamız çox güclü olmalıdır.
Müxtəlif mənbələrin yazdığına görə, Rusiyanın vasitəçiliyi ilə artıq atəşkəs təmin olunub. Bu, şimal qonşumuzun regiondakı təsir gücünü artıra bilər. Hərçənd, lokal miqyaslı olsa belə, hərbi əməliyyatların gələcək günlərdə də davam etməsi gözləniləndir. Kreml istədiyinə nail olanadək “qazanı qaynatmağa” çalışacaq.
Biz isə vaxt itirmədən, proseslər daha da mürəkkəbləşmədən Moskva və İrəvana xəbərdarlıq etməli, onlara üçtərəfli bəyanatın şərtlərini xatırlatmalıyıq. Xəbərdarlıq qulaqardına vurulacağı təqdirdə böhranı fürsətə çevirərək anti- terror əməliyyatına başlamağımız İkinci Qarabağ müharibəsinin birinci ildönümündə yeni tarix yazmağımızla nəticələnə bilər.

Kənan Novruzov kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir