KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Samir Hümbətov: Nikol Paşinyan Azərbaycanla razılığa gələ bilər

Samir Hümbətov: Nikol Paşinyan Azərbaycanla razılığa gələ bilər

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
336 0

Ölkə başçısı cənab İlham Əliyevin “Azərbaycan Ermənistanla sülh sazişi üzərində işləməyə hazırdır. Biz ümid edirik ki, Ermənistanda seçkilərdən sonra bu məsələ ilə bağlı daha çox aydınlıq olacaq. Sülh sazişi hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur və biz bunu etməyə hazırıq” ifadələrini işlətməsi II Qarabağ savaşından sonra regionda baş verən proseslərin ümumilikdə Azərbaycan üçün faydalı olduğunu göstərir.
Ölkə başçısının bu açıqlamasından belə qənaətə gəlmək olar ki, Ermənistandakı mövcud Paşinyan hökuməti pərdəarxası danışıqlarda Azərbaycanla razılığa gəlmək niyyətindədir. Şübhəsiz ki, 4 həftə sonra Ermənistanda baş tutacaq seçkilərin Ermənistan-Azərbaycan arasında yekun sülh prosesi üçün vacib əhəmiyyətə malikdir.
Hesab edirəm ki, Ermənistanda hazırda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın hakimiyyətdə qalması yekun sülh prosesini daha da sürətləndirə bilər.
Əgər Nikol Paşinyan hakimiyyətdə qalarsa və Azərbaycanla yekun sülh danışıqlarına gedərsə və bu danışıqlar nəticəsində konsensus əldə edilərsə bu hər iki tərəf üçün tarixi uğur kimi qəbul edilə bilər.
Birincisi, Azərbaycan və Ermənistan arasında ərazi iddiaları aradan qalxar və tərəflər bir-birinin tərzisini beynəlxalq hüquq çərçivəsində tanımış olar.
İkincisi, ölkələr arasında iqtisadi əlaqələr qurular və 1988-ci ilə qədər Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın öz doğma torpaqlarına qayıtmaq şansı yaranar.
Üçüncüsü, regionda daimi stabillik və qalıcı sülh əldə edilər.
Dördüncüsü, tərəflər arasında əldə ediləcək razılığa əsasən 5 il sonra həm Dağlıq Qarabağda, həm də Zəngəzur dəhlizində nəzarət aid olduğu dövlətlərin nəzarətinə keçər ki, bu da qarşılıqlı etimadı gücləndirə bilər.
Fikrimcə, bütün bu qeyd edilənlərin reallaşması üçün Azərbaycanda kifayət qədər iradə mövcuddur və regionda qalıcı sülhün əldə edilməsi üçün Azərbaycan tərəfi dövlət maraqlarını qoruma şərti ilə bu addımları ata bilər. Regionda baş verməsi ehtimal olunan bu proseslər Azərbaycanın uzunmüddətli xarici siyasət strategiyasına da uyğun olar.
Samir Hümbətov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir