KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Çinli nazirin portfelində nələr var?- Rusiya silah tədarükü

Kənan Novruzov: Çinli nazirin portfelində nələr var?- Rusiya silah tədarükü

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
176 0

Çin xarici işlər naziri Vanq Yi sentyabrın 18-də Rusiyaya gedəcək. O, həmkarı Sergey Lavrovla görüşəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Zaxarovanın sözlərinə görə, tərəflər Ukrayna böhranını və Asiya-Sakit okean regionundakı vəziyyəti ətraflı müzakirə edəcəklər.
Məlum olduğu kimi, Ukraynadakı müharibə ilə bağlı olaraq dünya dövlətlərinin bir çoxu, xüsusilə Qərb Rusiyanın qarşısındadır. Əslində hazırda geosiyasi aləmdə Qərblə Şərq arasında mübarizə gedir. Belə bir şəraitdə İran, Hindistan, Çin, Braziliya kimi dövlətlər mümkün qədər Rusiyanın yanında olmağa çalışırlar. Çünki başa düşürlər ki, gələcəkdə növbə onların özünə də çata bilər.
Bu baxımdan Çin xarici işlər nazirinin Rusiyaya səfəri xüsusi əhəmiyyət daşıyır. Zaxarovanın dediyi kimi, tərəflərin əsas müzakirə mövzusu, yəqin ki, Ukraynadakı müharibə olacaq.
Rəsmi Pekin müharibədə Rusiyanın uduzmasını istəmir. Ona görə də mümkün qədər Rusiyaya dəstək verir. Hərçənd Çin bunu mümkün qədər ehtiyatla edir. Çünki Çinə Qərblə birbaşa toqquşma lazım deyil.
Baş diplomatların görüşündə Çinin Rusiyaya silah tədarükü məsələsi barədə fikir mübadiləsi aparıla bilər. Çünki Rusiyanın silah ehtiyatları getdikcə azalır. Və hazırda Çin Rusiyaya silah təmin edə biləcək nadir dövlətlərdəndir.
Çin xarici işlər nazirinin Rusiyaya səfəri, ümumiyyətlə, qarşılıqlı təmaslar indiki halda Kreml üçün müstəsna əhəmiyyət daşıyır. Beləliklə, rəsmi Moskva dünyadan təcrid olunmadığını və hələ də müttəfiqlərinin olduğunu göstərir.
Çinin xarici işlər nazirinin Rusiyaya səfəri zamanı hansısa razılıqların əldə olunması mümkündür. Amma bu, Ukraynadakı müharibənin gedişatına ciddi təsir etməyəcək. Bununla belə, dünyadakı qütbləşmənin sürətlə getdiyi aydın hiss olunur. Və proses yaxın gələcəkdə daha da güclənəcək.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir