Kənan Novruzov: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri görüşü nə vəd edir?
Ermənistanın Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, 21-22 oktyabr tarixlərində İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçiriləcək.
Məlumata görə, tədbir zamanı avqustun 8-də Vaşinqtonda keçirilən görüşün nəticələri əsasında formalaşan sülh gündəliyi, iki cəmiyyət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün tədbirlər, Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın inkişafı yolları və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq.
Vətəndaş cəmiyyətləri rəsmi qurum deyil. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında intensiv davam edən rəsmi görüşlərdən fərqli olaraq qeyri – rəsmi görüşlər, demək olar, keçirilmirdi. Bu baxımdan bu günkü görüş xüsusilə əhəmiyyətlidir.
Vətəndaş cəmiyyətləri arasında görüş artıq təkcə siyasi elita arasında yox, həm də xalqlar arasında yaxınlaşmaya şərait yaradacaq.
Əgər deyildiyi kimi olsa, yəni görüşdə vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunsa, bu da münasibətlərin perspektivi baxımından mühüm əhəmiyyət kəsb edəcək.
Ümumiyyətlə, düşünmək olar ki, gələcəkdə oxşar görüşlər daha intensive olacaq və müxtəlif sahələri əhatə edəcək.
Kənan Novruzov
Share this content:
 
								


 
                                     
                                     
                                     
                                    
Yorum gönder